Bəşər Əsədi Moskvada zəhərləyiblər?
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Hazırda Moskvada olan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləməyə cəhd olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Suriyanın İnsan Haqları Müşahidə Qrupuna istinadən “Sky News Arabia” yayıb.
Bildirilib ki, B.Əsəd sentyabrın 29-da xəstəxanadan evə buraxılıb və vəziyyəti hazırda stabildir.
Məlumata görə, bu müddət ərzində xəstəxanada onu ziyarət etməyə yalnız qardaşı Maher və Prezident İşləri üzrə keçmiş baş katib Mənsur Azzama icazə verilib.
Qrupun mənbəsinin sözlərinə görə, B.Əsədin zəhərlənməsinə dair prosesi həyata keçirən şəxslər bununla Rusiyanı pis vəziyyətdə qoymağa, eləcə də ölkəni onu zərərsizləşdirməkdə ittiham etmək istəyib.
Onu da xatırladaq ki, B.Əsəd 2000-ci ildən 2024-cü ilə qədər Suriya prezidenti olub. O, ötən ilin dekabrında dövlət başçısı postunu və ölkəni tərk edib, ailəsi ilə birgə Rusiyadan sığınacaq istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 02 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















