Bəşər Əsədin qardaşı əsir düşdü?
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Latakiyada Bəşər Əsədin qardaşı Mahir Əsədin tutulduğu ehtimal edilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata əsasən, müxalifət qüvvələri Latakiyanın Əl-Rəbia qəsəbəsindəki fermada bir qrup zabiti mühasirəyə alıblar. İddialara görə, həmin şəxslər arasında Bəşər Əsədin qardaşı Mahir Əsəd də var.
Qeyd edək ki, Mahir Əsəd Bəşər Əsədin kiçik qardaşıdır.

Bəşər Əsədin qardaşı əsir düşüb?
10 Dekabr 2024 23:49

