BMT sammitində Bakı nəticələri elan olundu Fotolar
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammitinin yekununda nazirlər arasında keçirilən dialoqlar və innovativ həllər əsasında formalaşan əsas prioritetləri özündə birləşdirən Bakı nəticələri elan olunub.
“Qafqazinfo” xəbər verir ki, sənəd dövlət idarəçiliyinin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi və gələcəyin çağırışlarına uyğun çevik, dayanıqlı və vətəndaşyönümlü idarəetmə sistemlərinin formalaşdırılması üzrə əsas yanaşma və prioritetləri əhatə edir. Eyni zamanda, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, süni intellekt və innovativ texnologiyaların tətbiqi, insan hüquqlarının qorunması, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətləri üzrə tövsiyələri özündə əks etdirir.
Sammitin bağlanış sessiyasında BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev sammitin beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və dövlət idarəçiliyində innovativ yanaşmaların təşviqi baxımından əhəmiyyətini vurğulayıblar. Eyni zamanda sammit çərçivəsində aparılan müzakirələrin və nəticələrin dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, idarəetmə sistemlərinin müasirləşdirilməsinə və gələcəyə hazır dövlət institutlarının formalaşdırılmasına töhfəsi qeyd olunub. Ölkələr arasında təcrübə mübadiləsinin davam etdirilməsinin, birgə təşəbbüslərin inkişaf etdirilməsinin və vətəndaşyönümlü dövlət xidmətlərinin genişləndirilməsinin vacibliyi də diqqətə çatdırılıb.
“BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunan sammitdə təşkilata üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-dən çox qonaq iştirak edib.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 06 Noyabr 2026 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















