Bəşərin gülləsi söz, sözü məhəbbət olar Günün şeiri
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
Bu gün Beynəlxalq Sülh Günüdür.
Kulis.az bu münasibətlə Məmməd Arazın "Müharibə olmasa" şeirini təqdim edir.
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, --
Müharibə olmasa!
Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, --
Müharibə olmasa!
General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, --
Müharibə olmasa!”
Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, --
Müharibə olmasa!
Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi -- söz,
Sözü -- məhəbbət olar --
Müharibə olmasa!
1956
Baxış sayı:80
Bu xəbər 21 Sentyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















