Icma.az
close
up
RU
Bəşəriyyət son seçim qarşısındadır KÜNCDƏN BAXIŞ

Bəşəriyyət son seçim qarşısındadır KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Elçin Bayramlı
Bu gün zəngin və məhsuldar bir planetdə məcburi aclıq keçirən 1 milyard adam var. Onlardan 300 milyona yaxını uşaqlardır. Bir uşağın acından ölməməsi üçün ayda 30 dollar tələb olunduğu dünyada trilyonlarla dollar vəsait mənasız və faydasız işlərə xərclənir. Misal üçün, dünyanın hərbi büdcəsi 1,5 trilyondan çoxdur ki, bunun da yarısı ABŞ-ın payına düşür.
Təxmini hesablamalara görə, dünyada hər il 50 000 insan kəskin aclıq nəticəsində ölür. Qlobal yoxsulluğa dair göstəricilərə əsasən ifrat yoxsulluqdan hər gün dünyada 30 000 uşaq vəfat edir, 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir.
Dünyada varlı və kasıb dövlətlər, eləcə də insanlar arasında fərq kəskin surətdə artır və ildən-ilə böyüyür. 1960-cı ildə dünyanın zəngin dövlətlərinin 20%-nin gəlirləri ilə yoxsul ölkələrin 20%-nin gəlirləri arasındakı fərq 30-un 1-ə nisbətində olduğu halda, 1990-cı ildə bu fərq 60-ın 1-ə, 1997-ci ildə isə 70-in 1-ə nisbətində olub. Hazırda bu rəqəm 80-in 1-ə nisbətinə yaxındır.
Statistikadan göründüyü kimi, dünyada gəlir bölgüsündəki disproporsional hədd zəngin ölkələrin imkanlarını genişləndirməkdə və yoxsul ölkələri isə təhdid etməkdədir. BMT statistikalarına və Əhali Fondunun hesabatlarına görə, dünyada 1 milyarda yaxın adam yüksək təminatlı vəziyyətdə yaşayır- 1 milyarda yaxın insanın aclıqdan ölmək üzrə olduğu dünyada. Dünya nemətlərinin 80 faizlik böyük hissəsini cəmi 20 faiz əhali istehlak edir, qalan 80 faiz əhali isə cəmi 20 faizi ilə dolanır. Belə olan halda dünyada normal insan cəmiyyətindən danışmağa dəyərmi? Əlbəttə, xeyr. Biz sosial cəhətdən qoprxunc bir dünyada yaşayırıq.
Hazırda dünyada istehsal edilən ərzaq məhsulları təxmini hesablamalara görə, 12 milyard adama kifayət edəcək həddədir. Əlbətə, normal istifadə şəraitində. Lakin istehsal, daşınma və satış zamanı yol verilən itkilər, qeyri-bərabər bölünmə və hədsiz israfçılıq 1 milyarda yaxın adamın ac qalmasına səbəb olur. Hesablamalara görə, təkcə Amerika və Britaniyada zibilliyə atlıan qidalarla 1 milyarda yaxın adamı doydurmaq olar.
BMT-nin alimlər qrupunun hesabatında qeyd olunur ki, təbii ehtiyatlardan səmərəli istifadə olunacağı halda Yer kürəsi indikindən dəfələrlə çox insanı yedirdə bilər. Onlar bu rəqəmin 60-70 milyard olduğunu bildirirlər.
Yoxsulluq coğrafiyasına diqqət yetirdikdə belə bir məqam nəzərə çarpır: bu ölkələr ya kənd təsərrüfatı, ya da hasilat sənayesi üzrə ixtisaslaşıblar və müasir texnologiyalar əldə etməyə çətinlik çəkirlər.
Müasir texnologiyalı dövlətlər istənilən halda bu texnologiyanın başqa ölkəyə verilməsində maraqlı olmur. Tez-tez eşidirik ki, dünyanın iri dövlətləri kasıb ölkələrə kredit verir. Kreditlərin strukturuna baxanda görürük ki, bu kreditlər əsasən müəyyən əmtəələrin alınmasına verilir.
Bu əmtəələr də kredit verən iri dövlətlərdə istehsal olunur. Bir sözlə onların verdikləri pullar faizlə birlikdə özlərinə qayıdır. Faktiki olaraq özləri öz şirkətlərinə vəsait verərək dövlət sifarişlərini həyata keçirirlər.
Yəni, bu gün imperialist dövlətlər və onların transmilli şirkətləri 3-cü dünya ölkələrinin sərvətlərini çoxsaylı vasitələrlə amansızcasına talamaqla məşğuldurlar. Bu ölkələrdəki aclığın, yoxsulluğun yeganə səbəbi budur. Öz sərvətlərini onlara verməməkdə israr edən ölkəni Liviyanın, Suriyanıın taleyi gözləyir.
Lakin bu halda belə varlı dövlətlərdə yoxsulluq ləğv olmur. Məsələn, təkcə hərbi büdcəsi 750 milyard dollar təşkil edən Amerikada rəsmi olaraq 35-40 milyon civarında yoxsul var. Bu əhalinin 10-12 faizini təşkil edir. Maliyyə gəlirləri yüksək olan digər ölkələrdə də vəziyyət təxminən belədir.
Dünyadakı problemlərin həlli üçün yaradılmış, lakin proseslərə heç bir müdaxilə imkanı olmayan BMT dünya dövlətlərini qlobal problemləri həll etmək ətrafında cəmləyə bilmir. BMT təşkilatları müxtəlif hesabatlar hazırlayır, statistikalar yayır, dünya liderlərini nəyəsə çağırır... lakin bu sadəcə ağsaqqalar məclisi formasına çevrilmiş bir təşkilat olduğundan heç bir təzyiq, tələb, təsir imkanı yoxdur.
Qlobal şeytani qüvvələr, dünya ölkələrində siyasi, iqtisadi, sosial, mənəvi problemlərin artmasında, hərbi münaqişələrin, xaosun, qarşıdurmaların baş verməsində katalizator rolunu oynayırlar. Ölkələri, xalqları, dini icmaları bir-birinə qarşı qoyub qanlı qarşıdurmalar törədirlər. Bunun qarşısını almaq getdikcə daha da çətinləşir. Çünki qlobal qüvvələr bu istiqamətdə birləşib və onlara qarşı çıxmaq üçün heç bir ölkənin təkbaşına gücü çatmır. Bu ölkələrə birləşməyə heç imkan da vermirlər. Bax dünyamız belə bir dəhşətli şeytani tora salınıb, heç cür də çıxa bilmir.
Dünya maliyyə, bank, birja sisteminin, transmilli korporasiyaların, elmi-texnoloji mərkəzlərin sahibləri dünyanı öz əllərində saxlayıb idarə etmək üçün hər oyundan çıxırlar- insanlığa, təbiətə qarşı bioloji terrordan tutmuş psixotron terroradək hər cür təcavüz edilir. Əgər istəsələr dünyada hamıya hər şey çatar. Amma “hamıya hər şey çatmır” deyib, hamının sayını azaltmaq istəklərini açıq-aşkar deyilər və bunu həyata keçirirlər. Virus terrorundan tutmuş qida terroruna qədər. Müharibələrin isə ardı-arası kəsilmir.
Qlobal kapitalizm sistemi dünyamızı məhvə aparı. Lakin bu imperialist qüvvələrin vecinə də deyil. Hər dövlət öz hegemonluğunu genişləndirməyə, daha çox silahlanmağa, digər ölkələrin zəifləməsinə çalışır. Bunun axırı yaxşı qurtarmayacaq. Yeganə xilas yolu bütün bəşəriyyətin ağıllı olmasından keçir ki, bu da hələ ki mümkün olmur. Bəşəriyyət isə göz qabağında məhvə doğru gedir.
Artıq seçim vaxtı gəlib çatıb- 2 yol var- ya dünyada normal insan cəmiyyəti qurulacaq, ya da bəşəriyyət məhv olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 May 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibənin yenidən güclənmə ehtimalı yüksəkdir AÇIQLAMA

21 İyul 2026 17:42see314

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see307

Göz yaşları içində sona çatan böyük hekayə

21 İyul 2026 11:03see219

İran XİN: Milli maraqlarımız nəzərə alınarsa, ABŞ ilə danışıqların bərpası mümkündür

21 İyul 2026 00:42see218

“Sultan Həsən Bahadur” filmi tarixi və süni intellekti bir araya gətirib

20 İyul 2026 20:25see212

I Liqada klubunu dəyişdi

20 İyul 2026 19:42see208

Haluk Levent işi nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib

21 İyul 2026 03:59see203

Fon der Leyen Ukraynanın yeni Baş naziri ilə danışıqlar apardı

20 İyul 2026 18:55see202

“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib in İCMALI

21 İyul 2026 13:06see200

İlham Əliyev Mixael Harmsla görüşdü

20 İyul 2026 22:45see183

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

21 İyul 2026 00:50see175

Azərbaycanda cərimə balları silindi Sonra isə...

20 İyul 2026 23:40see162

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 00:01see161

Roma dan Premyer Liqa klubuna 3 cü rəsmi təklif 47 milyon avro + bonuslar

20 İyul 2026 22:57see160

FIFA Argentina futbolçularının finaldan sonrakı davranışları ilə bağlı araşdırmaya başlayıb

20 İyul 2026 20:33see160

ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq Tramp

22 İyul 2026 00:09see160

ABŞ da benzinin orta qiyməti yenidən bahalaşdı

21 İyul 2026 03:50see158

Sabah ın KuPS matçıöncəsi son məşqi FOTOLAR

20 İyul 2026 23:30see158

3 yaşlı körpə təkərin altında qalaraq ölüb...

21 İyul 2026 03:19see157

Cinsi əlaqədən sonra sidiyə getmək niyə tövsiyə olunur?

20 İyul 2026 23:10see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri