Icma.az
close
up
RU
Bəşəriyyətin ümumi irsinə sanballı töhfə

Bəşəriyyətin ümumi irsinə sanballı töhfə

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müstəqil Azərbaycanla Vatikan arasında münasibətlər çoxvektorlu səciyyə daşıyır və yüksələn xətlə inkişaf edir. Bugünlərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində anlaşma memorandumu imzalanıb.
Memorandum tərəflər arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədilə təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə, həmçinin dini təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əks olunub.
Anlaşma memorandumunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti, kardinal Corc Ceykob Kuvakad imzalayıblar.

Azərbaycan çoxkonfessiyalı ölkədir

Ölkəmizin zəngin multikultural mühiti Azərbaycanın çox  mühüm reallığı və üstünlüyüdür. Respublikamızda İslam adət-ənənələrinə böyük hörmət bəslənildiyi kimi,  burada yaşayan digər xalqların da milli-mənəvi dəyərlərinin qorunmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birlərinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikamızda tarixdən gələn ənənədir. Tarixin lap qədim dövrlərindən xalqımızın yaratdığı mədəniyyət nümunələrində, klassiklərimizin əsərlərində bir qayda olaraq, başqa mədəniyyətlərə, humanizm, həmrəylik kimi bəşəri dəyərlərə yüksək hörmət ifadə edilib. Azərbaycan ərazisindəki tarixi abidələr də respublikamızın mədəni müxtəlifliyini aydın şəkildə nümayiş etdirir. Multikulturalizm, etnik və dini müxtəliflik bu gün də ölkəmizin qürur doğuran reallığıdır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib:  “Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik”.
Ölkəmizdə Prezident İlham Əliyevin iradəsi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi bir ölkə kimi fərqlənir.  Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada  sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimləri isə alçaldan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib. Əlamətdar haldır ki, Prezident İlham Əliyev həmin abidələrin bərpadan sonra açılışına şəxsən qatılaraq xeyir-duasını və tövsiyələrini verir.
Son illərdə Azərbaycan qlobal iqtisadi əhəmiyyət daşıyan, eyni zamanda multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirildiyi məkana çevrilib.  Bakıda  ardıcıl olaraq İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Mədəniyyətlərarası Dialoq və Humanitar  forumlar baş tutur. Artıq bütün dünyada tanınan Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Ölkəmiz xalqımızın xoş məramına uyğun olaraq bu kimi tədbirlərə məmnuniyyətlə ev sahibliyi etməklə hazırda dünya üçün böyük önəm daşıyan dəyərlərin qorunmasına sanballı töhfəsini verir.

Azərbaycanla Vatikan arasında səmimi qarşılıqlı anlaşma mühiti var

Müstəqil Azərbaycanla Müqəddəs Taxt-Tac arasında səmimi dialoq və qarşılıqlı anlaşma mühiti var. Ölkəmizlə Vatikan arasında diplomatik münasibətlər 23 may 1992-ci ildə qurulub və həmin vaxtdan etibarən yüksələn xətlə inkişaf edib. 1997-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Vatikana, 2002-ci ilin 22-23 may tarixlərində Azərbaycan Prezidentinin dəvəti ilə Katolik Kilsəsinin rəhbəri II İo?an Pavelin ölkəmizə səfəri ikitərəfli əlaqələrin möhkəm bünövrəsini qoyub. Bu səfərlərin ardınca Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsinin tikilməsi, 2008-ci ildə onun rəsmi açılışında Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Tarçisio Bertonenin iştirakı Azərbaycanın Taxt-Tacla əlaqələrinə önəmli təkan verib. Xatırladaq ki, Papa II İohan Pavelin respublikamıza səfəri zamanı iki dövlət başçısı tərəfindən Azərbaycanda katolik kilsənin tikilməsi razılaşdırılıb, Azərbaycan dövləti kilsənin tikilməsi üçün ödənişsiz yer ayırıb, Vatikan tərəfi isə kilsənin tikintisini təmin edib.
Sonakı dövrdə yüksək səviyyəli rəsmilərin iştirakı ilə qarşılıqlı səfərlər daha da intensivləşib. O cümlədən Prezident İlham Əliyev bir neçə dəfə Müqəddəs Taxt-Taca səfər edib və Papa ?əzrətləri ilə görüşüb. Sonuncu dəfə dövlətimizin başçısı 2020-ci ildə İtaliyaya dövlət səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə birlikdə Vatikanda olublar, Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva 2018-ci ilin 23-26 sentyabr tarixlərində Müqəddəs Taxt-Taca səfər edib.

Heydər Əliyev Fondunun Vatikanda reallaşdırdığı çoxsaylı layihələr

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizin hüdudlarından kənarda multikulturalizmin təşviqində fəal şəkildə iştirak edir. Fondun dəstəyi ilə ayrı-ayrı ölkələrdə digər mədəniyyətlərə aid tarixi abidələrin bərpası buna nümunədir. Fond tərəfindən belə layihələr həmçinin Vatikanda da uğurla həyata keçirilir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı “Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefinin və Vatikan Bazilikasındakı katakombalarda yerləşən “Tullius Zethus” məqbərəsinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən “Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işlərinin aparılması da yüksək dəyərləndirilir. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan “Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi də olduqca önəmlidir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına (Dama di Gran Croce dell’ordine Piano) layiq görülüb. O, bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Ötən ilin sentyabr ayında  Vatikan şəhəri dövləti üzrə qubernatorluq ilə Heydər
Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti, kardinal Fernando Vergez Alzaqa imzalayıblar. Qeyd edək ki, Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Azərbaycan Prezidentinə Vatikanda xüsusi ehtiram

Bütövlükdə Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr, ölkəmizdəki nümunəvi multikulturalizm mühiti Vatikanda yüksək dəyərləndir?lir. Zamanında Papa Fransisk Prezident İlham Əliyevlə görüşlərinin birində xüsusi olaraq qeyd edib ki, Sizin ölkədə dini azadlıqlar tam təmin edilib.
Bəhs olunan memorandumun imzalanması tədbirində dövlət komitəsinin sədri Ramin Məmmədov sənədin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə mühüm töhfələr verəcəyinə, bu dəyərlərin tanıdılmasında əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Müqəddəs Yubiley İli münasibətilə təbriklərini çatdıran komitə sədri Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin böyük inkişaf yolu keçdiyini vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondu ilə Vatikan arasında əməkdaşlıq dünyada mədəniyyətlərarası dialoq və dünya mədəni irsinə həssas münasibətin ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilir. Vurğulayıb ki, katakombaların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə əməkdaşlıq, arxiv əlyazmalarının rəqəmsallaşdırılması kimi uğurlu layihələrin məqsədi bəşəriyyətin ümumi irsinə töhfə verməkdən ibarətdir.
Ölkəmizdəki dini mühit barədə məlumat verən Ramin Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycanda dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma mühitinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.

R.Məmmədov bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra atılan əsas addımlardan biri də erməni vandalizminə məruz qalmış dini abidələrin bərpası və yenidən qurulması prosesidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu məqsədlə işğaldan azad olunmuş ərazilərimizdə böyük layihələr həyata keçirir.
Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti, kardinal Corc Ceykob Kuvakad Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Roma papaları II İo?ann Pavel və Fransiskin ölkəmizə səfərlərinin əlaqələrimizin inkişafındakı roluna toxunub. Bu memorandumu ölkəmizdə dini azlıqlara hörmət və ehtiramın göstəricisi olan, 2011-ci il aprelin
29-da “Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” imzalanan sazişlə möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsi kimi dəyərləndirib. Kardinal, eyni zamanda, sənəd çərçivəsində həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqində mühüm rol oynayacağına əminliyini ifadə edib. Memorandumun təsdiqlənməsi və imzalanmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham
Əliyevə ehtiramını bildirib.


MÜBARİZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyul 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see326

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see202

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see190

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see155

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see145

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see143

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see142

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see141

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see139

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see136

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see133

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see131

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see130

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see128

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see128

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see127

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see127

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see127

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see127

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri