Icma.az
close
up
RU
İqlim böhranı ilə mübarizə bütün bəşəriyyətin ümumi məsuliyyətidir.

İqlim böhranı ilə mübarizə bütün bəşəriyyətin ümumi məsuliyyətidir.

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Bu günün əsas qlobal tədbiri qardaş Türkiyənin Antalya şəhərində keçirilən COP31 liderlərinin sammitidir. Noyabrın 9–20-si arasında davam edəcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirdir. 200-ə yaxın ölkənin dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin, beynəlxalq təşkilatların rəhbərlərinin, böyük biznes dairələrinin təmsilçilərinin, alimlər və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəldiyi COP31 dünyanın ən böyük iqlim platforması sayılır.
Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi COP31-də ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, enerji, nəqliyyat, iqlim maliyyələşməsi, süni intellekt və digər aktual məsələlər üzrə müzakirələr aparılacaq. Konfransın əsas məqsədi əvvəlki illərdə iqlim dəyişikliyi ilə mübarizə sahəsində qəbul edilmiş öhdəliklərin konkret fəaliyyətə çevrilməsini sürətləndirməkdir. Türkiyənin müvəffəqiyətlə ev sahibliyi etdiyi COP31 ölkənin beynəlxalq nüfuzunun və qlobal iqlim diplomatiyasındakı rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə COP29-a ev sahibliyi etmiş bir ölkə kimi bu gün qardaş Türkiyənin belə bir önəmli beynəlxalq konfransın təşkilatçılığını öz üzərinə götürməsinə sevinir.
Yeri gəlmişkən, COP31 çərçivəsində kollektiv foto çəkilişi zamanı bir çox dövlət və hökumət başçılarının Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlaşaraq onunla salamlaşıb, səmimi söhbət etmələri də ayrıca diqqət yetiriləsi məqamdır. Bu mənzərə Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan nüfuzunun daha bir göstəricisi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin müxtəlif ölkələrin liderləri ilə səmimi ünsiyyəti, onun beynəlxalq platformalarda fəal və ardıcıl diplomatik fəaliyyətinin nəticəsidir. Xüsusilə COP29-dan sonra Azərbaycanın iqlim diplomatiyasına verdiyi töhfələr, inkişaf etməkdə olan ölkələrin mövqeyinin müdafiəsi və qlobal həmrəyliyin təşviqi ölkəmizə olan diqqəti daha da artırıb.
Azərbaycanın COP31-də iştirakı yalnız protokol xarakteri daşımır. Ölkəmiz enerji keçidi, bərpa olunan enerji mənbələrinin inkişafı, yaşıl iqtisadiyyatın formalaşdırılması və iqlim maliyyələşməsinin əlçatanlığının artırılması kimi məsələlərdə öz mövqeyini ortaya qoyur. Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunan təcrübə də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakıdan Antalyaya uzanan iqlim diplomatiyası xətti iki qardaş ölkənin qlobal gündəlikdə əməkdaşlığını və qarşılıqlı dəstəyini nümayiş etdirir.
İqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil. Bu məsələ enerji təhlükəsizliyi, ərzaq təminatı, su ehtiyatlarının qorunması, iqtisadi inkişaf, nəqliyyat və sosial rifahla birbaşa bağlıdır. Buna görə də COP31-də aparılan müzakirələrin nəticələri dünyanın müxtəlif regionlarında yaşayan milyonlarla insanın həyatına təsir göstərə bilər. Əsas məsələ qəbul edilən qərarların kağız üzərində qalmasına imkan verməmək, onları konkret layihələrə və real nəticələrə çevirməkdir.
Azərbaycanın gündəliyində xüsusilə bərpa olunan enerji potensialının artırılması mühüm yer tutur. Xəzər dənizinin külək enerjisi imkanları, günəş enerjisi layihələri və regional enerji əməkdaşlığı ölkəmizin yaşıl keçid prosesində fəal rol oynamaq niyyətini göstərir. Bu istiqamətdə həyata keçirilən layihələr yalnız Azərbaycanın enerji sisteminin şaxələndirilməsinə deyil, həm də regionun enerji təhlükəsizliyinə və Avropanın enerji təminatına töhfə vermək imkanına malikdir.
Türkiyənin COP31-ə ev sahibliyi etməsi isə bütün Türk dünyasının qlobal iqlim gündəliyində daha fəal təmsil olunması baxımından diqqətəlayiq hadisədir. Antalya sammiti Ankara üçün təkcə beynəlxalq konfrans deyil, həm də müxtəlif ölkələr arasında dialoqun gücləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və iqlim dəyişikliklərinə qarşı birgə mübarizənin təşviqi üçün mühüm platformadır.
Şübhəsiz ki, COP31-in nəticələri qarşıdakı illərdə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izləniləcək. Dünyanın ehtiyacı olan əsas məsələ yeni vədlərdən daha çox, verilmiş vədlərin icrası, maliyyə mexanizmlərinin işlək vəziyyətə gətirilməsi və inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çətinliklərə ədalətli yanaşmanın təmin edilməsidir.
Antalyada formalaşan əməkdaşlıq ruhu göstərir ki, iqlim böhranı ilə mübarizə yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün bəşəriyyətin ümumi məsuliyyətidir. Azərbaycan və Türkiyə isə bu məsuliyyətin dərk edilməsində, regional əməkdaşlığın genişləndirilməsində və qlobal həmrəyliyin gücləndirilməsində bundan sonra da fəal rol oynamağa hazırdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Noyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri