“Beşiktaş” Gürcüstanda “Hapoel”lə üz üzə YENİLƏNİR
Icma.az bildirir, Apasport portalına istinadən.
UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün V turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşacaq.
İstanbul təmsilçisi rəqibini neytral meydanda – Gürcüstanın Batumi şəhərində qəbul edəcək.
“Beşiktaş” Liqa mərhələsində keçirdiyi 4 oyunda 7 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Türkiyə klubu indiyədək 2 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub.
“Hapoel Beer-Şeva” isə 4 qarşılaşmada cəmi 1 xal əldə edib və 33-cü yerdədir. İsrail təmsilçisi 1 heç-heçə və 3 məğlubiyyətlə üzləşib.
Görüş Gürcüstanın Batumi şəhərindəki “Batumi Stadium”da keçiriləcək. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edəcək. Ona həmyerliləri Viktor Skitte və Steffen Bramsen kömək edəcəklər.
Qeyd edək ki, qarşılaşmanın əvvəlcə İstanbulda keçirilməsi nəzərdə tutulsa da, təhlükəsizlik səbəbindən UEFA-nın qərarı ilə Gürcüstana köçürülüb.
UEFA Avropa Liqası
Liqa mərhələsi, V tur
26 noyabr
21:45. “Beşiktaş” – “Hapoel Beer-Şeva”
Baş hakim: Morten Kroq (Danimarka)
Stadion: “Batumi Stadium” (Batumi, Gürcüstan)
Hans Flik: “Burada inkişaf olduğunu düşünürəm” Çempionlar Liqası: “Sabah” “Barselona” ilə bacarmadı - YENİLƏNİB “Sabah” - “Barselona”: START HEYƏTLƏR Gənclər Liqası: "Sabah" məğlub oldu - YENİLƏNİB ÇL: “Real”dan darmadağın, “Arsenal” və “Siti” xal itirdi – YENİLƏNİB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 Noyabr 2026 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















