Icma.az
close
up
RU
Beşiktaş ulduz futbolçuya görə Benfika ilə yenə anlaşa bilmədi

Beşiktaş ulduz futbolçuya görə Benfika ilə yenə anlaşa bilmədi

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu mövsümü praktiki olaraq boşa verən və yeni mövsümün planlarını cızmağa başlayan ''Beşiktaş''da Gedson Fernandeş ilə bağlı önəmli bir olay yaşanıb.
Məlum olduğu kimi portuqaliyalı ulduzun haqlarının 50 faizi onun əvvəlki klubuna, yəni ''Benfika''ya məxsusdu. 2022-ci ildə ''ağ-qaralar'' Lissabon nəhənginə 6 milyon avro ödəyərək bu yarımmüdafiəçini transfer etmiş və onun haqlarının yalnız 50 faizini ələ keçirmişdi. Yəni Fernandeşin sonrakı satışından əldə olunacaq pulun 50 faizi ''Benfika''ya çatmalıdı. İstanbul nəhəngi son aylarda bir neçə dəfə ''Benfika'' ilə anlaşmağa və futbolçunun haqlarının hamısını ələ keçirməyə çalışmışdı. Ancaq danışıqlar uğursuz alınmışdı. Türkiyə mətbuatının yazdığına inansaq, bu dəfə ''Beşiktaş'' ''Benfika''ya konkret olaraq 7 milyon avro təklif edib. İstanbul nəhəngi bu məbləği 3 dəfəyə ödəməyi təklif edib. Ancaq Portuqaliya klubu növbəti dəfə bu təklifi yaxına buraxmayaraq onu dərhal geri çevirib.
Əslində ''Benfika''nı anlamaq olar. Çünki bu klub indiki şərtlərdə Fernandeşin satışından daha çox pul əldə edə bilər. Məsələn qışda Rusiyadan Fernandeşə görə ''Beşiktaş''a 25 milyon avroluq təklif gəlmişdi. Həmin vaxt 26 yaşlı oyunçu satılacağı təqdirdə bu məbləğin yarısı ''Benfika''ya çatacaqdı. Amma istanbullular məhz pulun yarısını bölüşmək istəmədiklərinə görə həmin vaxt Fernandeşi satmaqdan imtina etdilər. ''Beşiktaş'' rəsmiləri ''Benfika'' ilə daha az məbləğə anlaşmağın mümkün olacağını düşünürdülər. Amma göründüyü kimi lissabonlular danışıqlar aparmaq istəmir və faktiki olaraq onlar Fernandeşin başqa kluba satılmasını gözləyirlər.
Daha öncə ''Qalatasaray''da da top qovmuş bu futbolçu ''Beşiktaş''da 3-cü mövsümünü keçirir. ''Beşiktaş'' ilə 2027-ci ilə qədər müqaviləsi olan Fernandeş bu mövsüm 45 rəsmi oyunda 10 qol, 2 məhsuldar ötürməlik performans sərgiləyib. O, karyerasının ən məhsuldar mövsümünü keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 May 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri