Beşiktaşın 5 futbolçusu Budo Qlimtə qarşı oynamayacaq
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
"Beşiktaş" Avropa Liqası Liqa fazasının 6-cı turunda səfərdə "Budo Qlimt"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Komandanın 5 futbolçusu müxtəlif səbəblərdən Norveç səfərinə aparılmayıb.
Mərkəz müdafiəçiləri Feliks Uduoxay, Qabriel Paulista və hücumçu Ciro İmmobile zədəli, sağ cinah müdafiəçisi Artur Masuaku cəzalıdır. Vinger Milot Raşitsa isə ailəvi səbəblərə görə komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Budo Qlimt" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
Beşiktaşın futbolçusu İngiltərəyə qayıdır
18 Noyabr 2024 11:33
Beşiktaşın futbolçusu Azərbaycan millisində
17 Noyabr 2024 13:56
Beşiktaşın ulduz futbolçusu zədələnib
10 Dekabr 2024 10:58
Beşiktaşın futbolçusu basketbolçu olub
08 Noyabr 2024 14:39
AL: Qarabağ Budyo Qlimtə qarşı YENİLƏNİR
07 Noyabr 2024 09:06

