Bessent İranın hədələrinə görə hərbi bazaya köçüb
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
ABŞ-ın maliyyə naziri Skott Bessent həyatına İrandan gələ biləcək təhdidlərə görə Vaşinqton ərazisindəki evini tərk edib və hərbi bazaya köçüb.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Nyu York Tayms məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin rəhbərinin ünvanına gələn təhdidlərin nə dərəcədə ciddi olduğu hələlik aydın deyil. Daha əvvəl Amerika kəşfiyyatının nümayəndəsi İranın ABŞ vətəndaşlarına və nümayəndələrinə hücumla bağlı ehtimal edilən planlarının aktivləşməsi barədə xəbərdarlıq edib. Onun qiymətləndirməsinə görə, bəzi hücumların hazırlığı irəliləmiş mərhələyə çatıb.
Eyni zamanda, ABŞ rəsmiləri qeyd edirlər ki, İranın ABŞ ərazisində və xaricdə irimiqyaslı hücumlar həyata keçirmək imkanları məhdud olaraq qalır.
Tehran daha əvvəl amerikalı vəzifəli şəxslərə və vətəndaşlara qarşı hücumların hazırlanması ilə bağlı ittihamları rədd edib. ABŞ-ın Maliyyə Nazirliyi Bessentin köçməsi barədə məlumatları hələlik şərh etməyib.
Qeyd edək ki, Maliyyə Nazirliyinin rəhbəri Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq siyasətinin həyata keçirilməsində əsas rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 11 Noyabr 2026 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















