Icma.az
close
up
RU
Bəstəkar Xədicə Zeynalova beynəlxalq konfransda iştirak edib

Bəstəkar Xədicə Zeynalova beynəlxalq konfransda iştirak edib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Almaniyada yaşayan azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova Leypsiq şəhərində keçirilən “chor.com 2026” adlı beynəlxalq musiqi konfransında iştirak edib.

XQ xəbər verir ki, konfrans çərçivəsində iştirakçıların peşəkar bilik və təcrübələrini zənginləşdirən müxtəlif seminarlar, təlimlər və ustad dərsləri təşkil olunur, sərgi və konsert proqramları keçirilir.

Soydaşımız konfransda təşkil olunan “Interkulturelle Brückenbauerinnen – Mədəniyyətlərarası körpülər quran qadınlar” adlı xüsusi təlimdə çıxış edib. O, öz yaradıcılıq və peşəkar təcrübəsini iştirakçılarla bölüşüb, Azərbaycanın zəngin musiqi mədəniyyətindən, bəstəkarlıq fəaliyyətindən və uzun illərdir həyata keçirdiyi mədəniyyətlərarası layihələrdən bəhs edib.  Avropanın ən böyük musiqi konfranslarından birində azərbaycanlı bəstəkar və musiqişünas kimi çıxış etməkdən qürur duyduğunu söyləyib.

Qeyd edək ki, Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur. Almaniyada beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin və “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsini xaricdə uğurla təbliğ edir. 2024-cü ildə Almaniyada “İlin ən yaxşı bəstəkarı” adına və “Artist in Residence” nominasiyasına layiq görülən ilk azərbaycanlı bəstəkardır. O, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Prezident İlham Əliyevin 07 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 45-dən çox elmi kitab, məqalə və dərsliyin müəllifidir. Əsərləri Almaniya, Hollandiya, İngiltərə, Azərbaycan, Yaponiya, Türkiyə və digər ölkələrdə nəşr olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri