Icma.az
close
up
RU
Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub AZƏRTAC

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən təşkilatın sərdi, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə bu faciəvi tarixin o dəhşətli hadisələrin şahidi olmuş hər bir Azərbaycan vətəndaşının həyatında dərin iz qoyduğunu bildirib.

“Bu il Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq, həmin faciəli gecənin ağrıları səngimir. İmperiya siyasətinin və sovet hərbi maşınının qurbanı olmuş yüzlərlə günahsız insanın ölümü yaddaşımızdan heç vaxt silinməyəcək. Eyni zamanda, bu gün bizim hamımız üçün müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqının şərəf və qəhrəmanlıq səhifəsidir. Bu hadisələrə ehtiramla yanaşmaq hər bir sənətkarın, hər bir yaradıcı şəxsin mənəvi borcudur. Bu illər ərzində bəstəkarlarımız o faciəvi günlərin kədərini, qəhrəmanlığını özündə əks etdirən müxtəlif janrlarda çoxlu əsərlər yazıblar. Bu əsərlər ənənəvi olaraq Bəstəkarlar İttifaqının 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər proqramlarına daxil edilir. Bu gün isə həmin ənənənin janr diapazonu genişləndirilərək, sənədli filmə müraciət edilib”,-deyə F.Əlizadə əlavə edib.

Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallının “20 Yanvar” adlı sənədli filmi nümayiş olunub. Film rejissorun həmin dövrdə lentə aldığı videomateriallara və tarixi faktlara, müəllif araşdırmalarına əsaslanır.

Film tamaşaçılara böyük emosional təsir bağışlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see243

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see191

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see176

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see132

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see123

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri