Icma.az
close
up
RU
Bəstəkarlar İttifaqında bu ilin ilk yarımilində görülən işlər müzakirə edilib

Bəstəkarlar İttifaqında bu ilin ilk yarımilində görülən işlər müzakirə edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında İdarə Heyətinin iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqından məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə, Bəstəkarlar İttifaqının katibləri, Əməkdar incəsənət xadimi, professor Elnara Dadaşova, sənətşünaslıq elmlər doktoru, dosent Leyla Zöhrabova, İdarə Heyətinin üzvləri Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, sənətşünaslıq elmlər doktoru, professor Kamilə Dadaşzadə, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov, sənətşünaslıq elmlər doktoru professor Rəna Məmmədova, fəlsəfə üzrə elmlər doktoru, professor Mina Hacıyeva, Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov, bəstəkarlar İlahə Qismət, Vüqar Məmmədzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı və musiqişünas Sevda Hüseynova iştirak ediblər.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə iclası giriş sözü ilə açaraq bu ilin ilk yarımilində keçirilən tədbirlərdən, konfranslardan, İttifaqın üzvü olan bəstəkar və musiqişünasların geniş fəaliyyətindən danışıb. Firəngiz xanım xüsusi olaraq Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalları çərçivəsində Bəstəkarlar İttifaqında təşkil olunun elmi konfransların, bəstəkar və musiqişünasların yubileylərinin möhtəşəm şəkildə keçirilməsini qeyd edərək, ümumiyyətlə, bütün nəsildən olan bəstəkar və musiqişünasların bu aylar ərzində həm ölkəmizdə, həm də dünyanın müxtəlif şəhərlərində təşkil olunan tədbirlərdəki çıxışlarından da bəhs edib.

Firəngiz xanım eyni zamanda ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli – 140 çərçivəsində “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” Beynəlxalq Forumunun ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Firəngiz xanımın ətraflı məlumatından sonra İdarə Heyətinin üzvləri çıxış edərək keçirilən tədbirlər və nəzərdə tutulan planlar barədə öz fikir və mülahizələrini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri