Icma.az
close
up
RU
Bəxtiyar Hacıyev: Məhkəmə hər iki tərəfə bərabər şərait yaratmalı idi

Bəxtiyar Hacıyev: Məhkəmə hər iki tərəfə bərabər şərait yaratmalı idi

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Son bir ildən artıq müddətdə davam edən məhkəmə iclaslarında ittiham tərəfi təqsirləndirildiyim cinayətlərlə bağlı təkzibedilməz sübütları ortaya qoymalı, məhkəmədə dindirilən şahidlər bu cinayəti törətməyim barədə ifadələr verməli, biz isə müdafiə tərəfi olaraq müdafiə olunmalı idik. Məhkəmə isə hər iki tərəfə bərabər şərait yaratmalı, hər iki tərəfin təqdim etdiyi şahidləri dindirməli, sübutları araşdırmalı, həqiqəti üzə çıxarmalı idi. Əslində tam tərsi baş verdi”.

Gununsesi.info –nun xəbərinə görə, bunu 10 il azadlıqdan məhrum edirlən tanınmış ictimai fəal Bəxtiyar Hacıyev  Bakı Ağır Cİnayətlər Məhkəməsindəki son sözündə deyib.

Hacıyev çıxışında deyib ki, müdafiə tərəfi olaraq  ilk iclasdaca  sifarişlə, qeyri-peşəkarcasına qondarılmış, içi tamamilə boş olan və cinayət-prosessual qanunvericiliyin tələbləri kobud pozularaq, cinayət yolu ilə doldurulmağa çalışılan bütün ittihamları tamamilə darmadağın edə bilib: “Növbəti iclaslarda isə istintaq orqanının özünün kibercinayətlərini, ədalət mühakiməsi əleyhinə törədilmiş cinayətləri ifşa etdik, təkzibedilməz sübutlarla ifşanı təsdiqlədik. Sübut etdik ki, cinayət işinin 1-ci cildinin ilk vərəqindəki qərardan başlayaraq istintaq orqanı öz şahidlərinin ifadələrini və imzalarını saxtalaşdırıb. Həkim-ekspertlər də daxil olmaqla bir çox qondarma şahid ifadələri BŞBPİ-də eyni adam tərəfindən kompüterdə yığılmış, eyni şəxsin əl yazısı ilə ifadələr təsdiqlənmiş, həmin şəxslərin əvəzinə tamamilə başqa imzalar atılmışdır. 1200-ə yaxın sözdən ibarət iki ifadənin 900-dən çox sözünün, durğu işarələrinin və hətta, 20-dən çox yazılış, hərf səhvinin eyni olmasını göstərərək bu ifadələrin istintaq orqanında köçürülərək iki şəxs adından yazılmasını sübut etdik. Anten məlumatları və təkzibedilməz sübut olan təhlükəsizlik kamerası görüntüsü ilə ‘’zərərçəkmiş şəxs’’ və ‘’şahid’’ ifadələrinin bilə-bilə verilmiş yalan ifadə olduğunu sübut etdik”.

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri