Bəxtiyar Məmmədov: Bakı metrosu qışa hazırlıq tədbirlərini tam yerinə yetirib
Report.az saytına istinadən Icma.az xəbər verir.
"Bakı Metropoliteni" QSC-də qışa hazırlıq tədbirləri tam yerinə yetirilib.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, metropolitendə qışa hazırlıq yay aylarından başlanır: "Bununla bağlı xüsusi işçi qrupu yaradılıb. İşçi qrupu elektrik depoları, metropoliten stansiyaları və digər obyektlərdə həm infrastrukturun, həm sərnişindaşıma xidməti sektoruna daxil olan sahələrin, həm də işçilərin əmək şəraitinə uyğun olan bütün sahələrdə araşdırma aparır və buna uyğun qərarlar verilir. Sərnişinləri maraqlandıran ən vacib məsələlərdən biri stansiyaların qışa hazırlığıdır ki, bu istiqamətdə metronun bütün stansiyalarının qum və duzla təmin olunması, yəni qarlı və şaxtalı hava şəraitidə stansiya keçidlərində, pilləkənlərdə olan buz örtüyünün əridilməsi üçün lazım olan bütün ehtiyatlar görülüb, bundan əlavə olaraq ləvazimatların hər biri alınaraq stansiyalara təhvil verilib".
B. Məmmədov qeyd edib ki, daha bir vacib məsələ depoların açıq sahədə olan ərazilərinin qışa hazırlıq məsələsidir: "Güclü qar yağan zaman qatarların bir yoldan digərinə keçərək xəttə çıxması maneələr yarada bilər. Bu səbəbdən üfürücü qurğuların, eyni zamanda işçi personalının hazırlığı, ilk dəfə bu işə cəlb olunacaq əməkdaşların xüsusi təlimatlandırılması, onların gecə növbəsində qəfil qar yağarsa işə çıxarılması üçün əlaqə nömrələri, işə çatdırılma vasitələri, işdə olarkən çalışdıqları dövr ərzində məişət ehtiyaclarının ödənilməsi və geyim məsələləri tam həllini tapıb. Dekabrın 1-dən "Bakı Metropoliteni" QSC-də qışa hazırlıq planlarının qüvvəyə minməsi nəzərdə tutulur".
Baxış sayı:125
Bu xəbər 26 Noyabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















