Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadə niyə böyük şair deyil? Orxan Saffari yazır…

Bəxtiyar Vahabzadə niyə böyük şair deyil? Orxan Saffari yazır…

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəxtiyar Vahabzadə, əlbəttə, Azərbaycan ədəbiyyatında hansısa formada unudulmaz izi olan şairdir. Fəqət o, doğrudanmı təqdim edildiyi qədər böyükdür? Məsələn, onun Azərbaycan ədəbiyyatına adını yazdıra bilməsi böyük şair olduğuna görədirmi?

Vahabzadə poeziyası, ümumən pafosdan, milli romantik şüarlardan ibarət poeziyadır. Onun şeirlərində estetik güc, forma yox, yaxşı nidası olan şüarlar üstünlük təşkil edir. Obrazlı ifadə etsək, o, əslində, böyük “Tribuna şairi”dir.

Bu səbəbdir, ondan sonrakı ədəbi nəsillərin də heç biri onu təqlid etməyə belə çalışmadı. Hətta nəinki təqlid, heç ümumən oxucular belə oxumadı, siyasətin önə çıxartdığı bir-iki milli oyanışa xidmət edən sətirlərdən əlavə cümləsi bilinmədi, görünmədi.

Əlbəttə, buna bir əsas səbəb də, onun şeir yolunda heç bir yeniliyin, modernizasiyanın olmamasıdır.

Əgər tərif ediləsi olsa, onun xidməti Azərbaycan ədəbiyyatına yox, müstəqilliyin ilk illərində hələ heç nəyi başa düşməyən kütlənin milli oyanışına yönəlik olan xidmətdir.

Səd-əfsus, belə demək olarsa, Bəxtiyar Vahabzadə ədəbiyyatın yox, Sovet siyasi rejiminin yetirməsidir.

Müstəmləkə illərində mövcud əzazil rejimi mədh etmək, müstəqillik illərində isə milliyyətçiliklə gün-güzəran qurmaq onun da taleyinə yazılıb və o, beləcə öz adını şanlı-şöhrətli şəkildə Azərbaycan ədəbiyyatına keçirə bilmişdir.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Avqust 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri