Icma.az
close
up
RU
Məşğulluqdan verilən şair Orxan Saffari yazır…

Məşğulluqdan verilən şair Orxan Saffari yazır…

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan ədəbiyyatında gözəl hadisələr də baş verir.

Məsələn, Baba Vəziroğlu Xalq şairi adı almayıb, ciddi qəbul olunmur, kütləvi sevilmir, oxunmur. Bundan böyük xoşbəxtlik? Vallah, indiki məqamda buna da şükür. Sözsüz ki, bütün bunlar bu kədərli ədəbiyyat yolunda insanın üzünü güldürən məsələlərdəndir.

Ancaq görəsən, Baba Vəziroğlu özü nə düşünür?

Obrazlı desək, Baba Vəziroğlu məşğulluqdan verilən şairdir.

Hərdən onun şeirlərini oxuyanda məni dəhşətli maraq bürüyür, bəzi suallar beynimi günlərlə, aylarla məşğul edir.

Məsələn, onun şeirlərində tez-tez darıxmaq, kədər, tənhalıq zad kimi əsl şairə xas olan xüsusiyyətlər görürəm və deyirəm ki, ilahi, itin olum, hürüm qıl körpüsündə, Baba Vəziroğlu niyə darıxır? Hansı gününə darıxır? Adam da Baba Vəziroğlu olub kədərlənər heç? Ramiz Rövşəni, Anarı filan hardasa başa düşmək olar, bəs Babanı niyə darıxdırırsan? Nə edib sənə? Bəndənə qarşı niyə bu qədər rəhmsizsən?

Əslində, Baba Vəziroğlu unikal insandır. O, lazım olsa, dünyanın müxtəlif ölkələrinə gedir, gəzir və oradan da darıxıb gəlir. Heç bilmirsən, niyə darıxır? Lazım olanda isə kabab stolundan Afrikadakı ac insanların halına acıyır, onlara bəzən şən, bəzən də kədərli mahnılar bəstələyir.

Daha Baba Vəziroğlu bundan artıq nə etməlidir?

Təxminən beş-on min şeiri olan insandan başqa nə gözləmək olar ki?

İnternetdə bir klip var. Baba Vəziroğlu bahalı otellərin birinin həyətində kədərli-kədərli gəzir, özünü boş yerə darıxdırır və şeir deyir. Şeirdə deyir ki, məni heç kimə möhtac eləmə, a dünya, imkan ver, yaşayım bircə kərə.

Tanımayan adam baxsa, vallah, ürəyi ağrıyar. Di gəl, heç kim bilmir ki, Baba Vəziroğlu daha bu dünyadan nə istəyir? Mənasız şeirlərlə mənalı ömür sürən adam heç dünyaya da imkan ver yaşayım deyər? Görəsən, Baba Vəziroğlu daha nə yaşamaq istəyir? Dünyadan istədiyi pay kimlərin payıdır?

İlahi, ümumiyyətlə, şairin də mindən artıq şeirinə mahnı bəstələnər? Heç ciddi bir şairin mindən artıq şeiri də olarmı?

Söz yox, Allaha şükür, bu qədər şeiri yazmağa onun öz ömrü yetib, amma indən belə onları oxuyub qurtarmaq üçün əlavə üç-dörd ömür lazımdır. Vallah, dəli olasan, oturasan və oxuyasan. Bitəndə də deyəsən ki, hə, indi nolsun, nağaraq?

Baba Vəziroğlu ədəbiyyatda heç kimin yerini dar etməyən yeganə adamdır. Ümumiyyətlə, ölkədə yanğın olmasa, adamın yadına da düşmür. Heç kimin onun yerində gözü yoxdur. Çünki heç kim bu həyatda Baba Vəziroğlu olmaq istəmir.

Baba Vəziroğlu şeir yazmır, istehsal edir, ayrıca bir zavoddur. Ayda bir sevgi, rübdə iki ayrılıq, ildə bir həsrət paketi.

Onun şeirləri poeziya yox, emosional kommunal xidmətidir.

Daha dəqiq, Baba Vəziroğlu şeirləri poeziya bankomatıdır: yaxınlaşırsan, kartı salırsan, ekranda yazır:

Bu gün hansı hissi istəyirsiniz?

– Sevgi
– Ayrılıq
– Bir az inciklik
– Klassik ah-nalə

Seçirsən və şeir hazırdır.

Ancaq onun şeirlərinin maraqlı tərəfləri də var.

Məsələn, şeirlərindəki qadın obrazları.

Baba Vəziroğlu şeirlərindəki qadın obrazları tamamilə başqa dünyanın qadınlarıdır.

O qadınlar xüsusi olaraq Baba Vəziroğlu üçün var. Sanasan, “Poeziya üçün qadınlar” adlı kataloq var və ordan sifariş verir. Məsələn, belə:

– “Bir dənə ayrılan olsun.”
– “Bir dənə də susan.”
– “Bir dənə də mənim günahım yox idi deyən.”

Bütün bunlara baxmayaraq, Baba Vəziroğlu çox xoşbəxt insandır.

Çünki onu ən azından, səbəbini özləri də bilmədən sevən minlərlə insan var.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Dekabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri