Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir.Bu Bəyamnamə Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü, Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi də rəmzi məna daşıyırdı var. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Şuşa Bəyannaməsi -Türkiyə və Azərbaycan qardaşlığının yeni tarixi mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırdı.
Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətləri ölkələrimizin münasibətlərinin bütün müstəvilərdə davamlı inkişafını təmin etmə gücündə olub, çoxşaxəli müttəfiqliyin simvoludur. Bu Bəyannamə sayəsində Azərbaycanla Türkiyə arasında siyasət, diplomatiya, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələr üzrə əməkdaşlıq yeni məzmun və yeni səviyyə qazanıb. “Şuşa Bəyannaməsi” iki ölkə arasında imzalanmış olsa da, o, bütövlükdə bölgəyə işıq salır, sülh, əmin-amanlıq üçün şansları artırır, mehriban qonşuluq, birgə yaşayış və beynəlxalq hüquq normalarına uyğun münasibətlərin imkanlarını, əhatə dairəsini genişləndirir. Yəni haqlı olaraq belə dəyərləndirilir ki, “Şuşa Bəyannaməsi” bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır.
Tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Eyni zamanda bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajıdır.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 12 İyun 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















