Bəyə qadın paltarı geyindirib, meydanda gəzdirdilər Qeyri adi toy FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çanaqqalanın Bayramiç rayonunun Pınarbaşı kəndində keçirilən toy mərasimi maraqlı və qeyri-adi anlarla yadda qalıb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, Pınar Acar və Harun Acar cütlüyünün toyunda ənənəvi zinət əşyalarının əvəzinə təqdim edilən hədiyyələr qonaqları heyrətləndirib.
Toyda zinət mərasimi zamanı cütlüyün dostları fərqli yanaşmaları ilə diqqət çəkiblər. Gəlin Pınar Acarın dostu Hakkı Eren ona buzov hədiyyə edərkən, bəy Harun Acara əmisi Halil Acar və dostu Utku Ercen tərəfindən at bağışlanıb. Daha sonra isə ona qadın paltarları hədiyyə edilib və həmin geyimləri geyinərək toy meydanında gəzməyə məcbur edilib.
Görüntülər toy iştirakçılarını həm güldürüb, həm də təəccübləndirib.
Ətrafda atla gəzən və qadın paltarı geyinmiş bəy dostlarının zarafatlarının sona çatmasını çarəsizcə gözləyib.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 06 May 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















