Icma.az
close
up
RU
Beyin Anevrizması və Skrininqin əhəmiyyəti Azərbaycanda ilk addımların atılması mütləqdir

Beyin Anevrizması və Skrininqin əhəmiyyəti Azərbaycanda ilk addımların atılması mütləqdir

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Beyin anevrizmaları, beyin damarlarının divarlarında zəifləmə nəticəsində yaranan balonşəkilli genişlənmələrdir. Bu anevrizmalar dünyada əhalinin təxminən 2-3%-də rast gəlinir və əksər hallarda simptomsuz qalır. Lakin bu anevrizmaların partlayıb qanaması zamanı təxminən 50% hallarda ölüm, 30% hallarda isə ciddi nevroloji fəsadlar baş verir. 

Almaniyada hər il təxminən 6-8 nəfərdən biri beyin anevrizması ilə qarşılaşır. Bu, təxminən 10.000-12.000 yeni hadisə deməkdir. Dünyada başı ağrıyan 5 nəfərdən birində beyin anevrizması var. 

Maraqlı statistikalardan biri də Azərbaycanla bağlıdır. Belə ki, Azərbaycanda beyin damarlarındakı patologiyadan, o cümlədən anevrizmadan da xəbərsiz insanların sayı təxminən 1 milyon nəfərdir. 

Anevrizmanın partlaması nəticəsində yaranan beyin qanaxma hallarında yuxarıda da qeyd etdiyimiz kimi, xəstələrin təxminən 50%-i həyatını itirir. Lakin vaxtında diaqnoz və müalicə ilə, xüsusilə neyroradioloji endovaskulyar və ya cərrahi müdaxilələrlə, xilas olmaq mümkündür. Müalicə olunan xəstələrin təxminən 70-80%-i uğurlu nəticələr əldə edir və ciddi nevroloji fəsadlar olmadan həyatlarına davam edə bilirlər.

Yeni tədqiqat nəyi göstərir?

Finlandiyada Helsinki Universitet Xəstəxanasında aparılan və mənim də rəy verdiyim son araşdırmaya əsasən, 50-60 yaş arasında siqaret çəkənlərin 100 nəfərindən 10-da beyin anevrizması aşkalanıb. Bu, ümumi populyasiyada gözlənilən göstəricidən xeyli yüksəkdir.

Əvvəlki epidemioloji tədqiqatlar göstərib ki, siqaret çəkənlərdə beyin anevrizmasının partlaması riski siqaret çəkməyənlərə nisbətən 8 dəfə yüksəkdir. Bundan əlavə, beyin anevrizmasının partlaması nəticəsində ölüm hallarının 25%-i xəstəxanaya çatdırılmadan baş verir, bu da erkən skrininqin vacibliyini göstərir!

Azərbaycanda Skrininq lazımdırmı?

Azərbaycanda siqaret çəkmə göstəricilərinin artması, arterial hipertenziya və stres faktorları beyin anevrizmalarının aşkarlanması və qarşısının alınması üçün məqsədyönlü tədbirlər görməyi zəruri edir. Finlandiya modelini nümunə götürərək, xüsusilə 50 yaşdan yuxarı insanlar arasında hədəflənmiş skrininq proqramı tətbiq olunarsa, ölüm və fəsadların azalmasına nail olmaq mümkündür.

Nəticə və tövsiyələr
 1. Risk qrupunda olan insanlar (siqaret çəkənlər, arterial hipertenziyası və ya ailə anamnezində anevrizma olanlar) beyin damarlarının müayinəsindən keçməlidir;
 2. Skrininq zamanı aşkarlanan kiçik anevrizmaların əksəriyyətinin cərrahi müdaxilə olmadan müşahidə edilməsi və həyat tərzi dəyişiklikləri ilə idarə olunması mümkündür;
 3. Siqaretdən imtina və arterial təzyiqin nəzarət altında saxlanılması beyin anevrizmalarının inkişafı və partlama riskini ciddi şəkildə azaldır.

Beyin anevrizmalarının skrininqini bu gün çalışdığım bölgədə, cavabdeh olduğum neyroradioloji xidmətlər çərçivəsində Almaniyada daha da inkişaf etdirirəm. Azərbaycanda da bunun ilk addımlarının atılması mütləqdir. Çünki bütün insanların diaqnostika və müalicə üçün Almaniyaya, yaxud digər ölkəyə yollanmasının çətinliyi və məsafənin uzaqlığı nəzərə alındıqda, yerli səviyyədə bu imkanların yaradılması həyati əhəmiyyət daşıyır.

Sağlamlıq – ən dəyərli sərvətimizdir. Onu qorumaq öz əlimizdədir! Unutmaq olmaz ki, Səhiyyəyə inamı qaytarmaq və insanlara vaxtında, keyfiyyətli tibbi xidmət təqdim etmək üçün müasir diaqnostika və profilaktik tədbirlər mütləq şərtdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri