İkardi tərəfdarın gözündən düşüb Kitabı bağlanır
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dekabrın 1-də “Qalatasaray”ın “Fənərbaxça” ilə oynadığı dərbi matçının 89-cu dəqiqəsində meydana çıxan ulduz futbolçu Mauro İkardinin davranışı sarı-qırmızılı tərəfdarı hövsələdən çıxarıb.
Metbuat.az Türkiyə KİV-inə istinadla bildirir ki, “Qalatasaray” rəhbərliyi İkardinin yerinə hücumçu axtarışlarına başlayıb.
Son həftələrdə baş verən hadisələr argentinalı hücumçunun klubdan ayrılmasını qaçılmaz edib. Yerli media iddia edir ki, “Fənərbaxça” ilə oyun “bardağı daşıran son damla” olub.
Qeyd edək ki, İkardi bu mövsüm gözləntiləri doğrultmur. 32 yaşlı futbolçu “Kocaelispor” və “Yunion”la keçirilən matçlarda yaxşı mənada özünü göstərə bilməyib.
"Qalatasaray" rəhbərliyi yanvar ayında hücum xətti də daxil olmaqla 4 mövqeni gücləndirməyi planlaşdırır. Yeni hücumçu komandaya fayda verməklə yanaşı, həm də ehtiyat oyunçular skamyasında əyləşməyə hazır olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 04 Dekabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















