Beyl Mourinyonun “Real”da uğur qazana biləcəyinə inanır
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İspaniyanın “Real Madrid” futbol klubunun sabiq hücumçusu Qaret Beyl Joze Mourinyonun Madrid təmsilçisində uğurlu ola biləcəyini deyib.
İdman.Biz xəbər verir ki, uelsli keçmiş futbolçu portuqaliyalı mütəxəssisin futbolçularla işləmə bacarığını xüsusi vurğulayıb. Beylin sözlərinə görə, Mourinyo hər oyunçunu ayrı-ayrılıqda anlamağa çalışır və onlardan maksimum nəticə almağın yolunu tapır.
“Bəzən bu, mediada deyilən bir söz olur, bəzən isə sadəcə çiyinə dostcasına toxunuş. Joze “Real”da işləyib, klubun daxili dinamikasını və sistemin necə qurulduğunu yaxşı bilir. O, nəticə qazanmaq üçün plan hazırlayacaq”, - deyə Beyl bildirib.
Qaret Beyl Karlo Ançelottinin top-klublardakı uğuruna da toxunub. O bildirib ki, italiyalı məşqçi böyük klublarda futbolçuların psixologiyasını, təzyiqi və ulduz oyunçularla münasibəti düzgün idarə etməyi bacarır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 21 İyun 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















