Beyləqanda 6 otaqlı ev yanaraq külə DÖNÜB
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beyləqanda fərdi yaşayış evində baş verən yanğın zamanı 6 otaqlı ev tamamilə yanıb.
Redaktor.az "Trend"ə istinadla xəbər verir ki, hadisə rayonun Qəhrəmanlı kəndində qeydə alınıb. Kənd sakini Bəhmən Kərimova məxsus yaşayış evində başlayan yanğın qısa müddətdə bütün tikilini əhatə edib. Nəticədə ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə FHN-in Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, ev sahibi Bəhmən Kərimov FHN-in Beyləqan Rayon Yanğınsöndürmə bölməsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 29 May 2026 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















