Azərbaycanın ilk snayper xanımı bayramda yad edildi FOTOLAR
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
8 Noyabr – Zəfər Günündə "Qarabağ Əlilləri və Veteranları" İctimai Birliyinin üzvlərinin və "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Riza-zadənin təşəbbüsü ilə 14 oktyabr 2026-cı ildə dünyasını dəyişmiş "Qarabağ Əlilləri və Veteranları" İB-nin mərhum sədri, Azərbaycanın ilk qadın snayperi Növrəstə Ağakərim qızı Yusifovanın anım tədbiri keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, tədbirin məhz bayram günündə keçirilməsi şanlı döyüş yolu keçmiş Növrəstə Yusifovanın bu bayramı həddindən artıq çox sevməsi ilə bağlı olub.
Tədbirdə Növrəstə Yusifovanın döyüş yoldaşları, ictimaiyyətdə tanınan simalar, incəsənət və səhiyyə sahəsinin nümayəndələri, onun ailə üzvləri iştirak ediblər.
Tədbir zamanı Növrəstə Yusifovanın döyüş yolu və sonralar ictimai xadim kimi fəaliyyəti ilə yanaşı, Vətən uğrunda şəhid olanlar da bir daha yad edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 10 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















