Batrakov “Qalatasaray“da oynamaq üçün fədakarlıq edib
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
"Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov Türkiyə klubuna transferinin baş tutması üçün bəzi bonus ödənişlərindən imtina edib.
Moderator.az xəbər verir ki, bu barədə 21 yaşlı futbolçunun agenti Vladimir Kuzmiçev "Eto futbol, brat!" (Это футбол, брат!) adlı "YouTube" kanalına müsahibəsində danışıb.
Agentin sözlərinə görə, bu addım Batrakovun şəxsi təşəbbüsü olub və keçid prosesinin daha rahat başa çatmasına kömək edib:
"Bu, ümumiyyətlə, futbolçunun öz xoş niyyəti idi ki, bütün proses daha rahat keçsin. Klub da onun istəyinə müsbət yanaşdı. Əsas məsələ Alekseyin müəyyən ödənişlərdən imtina etməsi idi".
Qeyd edək ki, Aleksey Batrakov 2026-cı ilin yayında Moskva "Lokomotiv"indən "Qalatasaray"a keçib. İstanbul təmsilçisi 21 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Transferin məbləği 25 milyon avro olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 10 Noyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















