Beyləqanda qadını boğaraq öldürən şəxsə hökm oxunub
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beyləqanda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Amil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Amil Ağayev 19 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Beyləqan rayonunda baş verib. Amil Ağayev gecə saatlarında qonşusu Bəsti Həsənovanın evinə girərək onu boğaraq qətlə yetirib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Baxış sayı:120
Bu xəbər 09 Yanvar 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















