Icma.az
close
up
RU
Beyləqanda şahmat idman növü üzrə rayon turniri keçirildi

Beyləqanda şahmat idman növü üzrə rayon turniri keçirildi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 07 may 2026-cı il tarixdə Beyləqan Uşaq Gənclər-İdman Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun və Beyləqan Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Şahmat idman növü üzrə rayon turniri keçirildi.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun müdiri Elvin Abbasov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon gənclər və idman sektorunun müdiri Sənan Quliyev və Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Gündüz İsgəndərov iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsinə dərin ehtiram ifadə olundu.

          Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbirdə çıxış edərək bildirdi ki, turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib.   Əziz Əzizov qeyd etdi ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider Heydər Əliyev  idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib. Sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclərə, idmana, şahmata olan yüksək diqqət və qayğı bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək bildiridi ki, ölkəmizdə müasir idman siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji kursa əsaslanır və bu siyasət bu gün uğurla davam etdirilir. Rayon təşkilatının sədri qeyd etdi ki, belə yarışların təşkili gənclər arasında idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan beynəlxalq idman aləmində nüfuzunu daha da möhkəmləndirir. Rayon təşkilatının sədri turnirdə iştirak edən yeniyetmə şahmatçıları, onların müəllim və məşqçilərini təbrik edərək onlara ən xoş arzularını bildirdi.

Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun müdiri Elvin Abbasov çıxış edərək ölkəmizdə idmana və xüsusilə şahmata dövlət qayğısından və şahmatçılarımızın uğurlarından söz açaraq Beyləqan şahmatçılarının nailiyyətlərini vurğulayaraq, yarış iştirakçılarına uğurlar arzu etdi.

Turnirdə müxtəlif yaş qrupları üzrə 1-ci, 2-ci, və 3-cü yerləri  tutan şahmatçılara qiymətli hədiyyələr, diplom və medallar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 May 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri