Beyləqanın mərkəzi yollarının təmiri davam edir Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq Beyləqanda da əsaslı şəkildə bərpa-abadlıq işləri uğurla davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, aparılan quruculuq işləri çərçivəsində növbəti asfaltlanma işləri şəhərin Heydər Əliyev prospektində həyata keçirilir.
Qeyd edək ki, cari ilin yanvar ayında əsaslı təmirə başlanan yolda 14000 kv. metr asfaltlanma işləri görülür.
Yeni yolların salınması yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, sakinlərin də rahat gediş-gəlişini təmin edəcək.
Şəhər mərkəzi və kənd yollarının təmiri və yenidən qurulması işi mərhələli şəkildə davam etdiriləcək. Görülmüş işlər sakinlər tərəfindən böyük rəğbət və razılıqla qarşılanır.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 18 Fevral 2025 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















