Putinin Ukrayna ilə danışıqlarda tələbi hər kəsi ŞOKA SALDI
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı növbəti sülh danışıqlarından NATO-nun genişlənməsinə mane olmaq və alyansın müdafiə potensialını zəiflətmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” nəşri diplomatik mənbələrə istinadən yazıb.
Belə ki, Putin NATO-nun Avropadakı hərbi mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu, Polşa, Estoniya, Latviya, Litva və 2023-cü ildə alyansa qoşulan Finlandiyadan NATO qoşunlarının çıxarılması deməkdir.
Bu beş ölkənin hamısı Rusiya ilə həmsərhəddir.
Putinin köməkçisi Yuri Uşakov Avropa ölkələrinin də danışıqlara cəlb olunmasının vacibliyini bildirib. O, görüşdən ciddi irəliləyiş gözləmədiyini deyib.
Avropa rəsmiləri isə Rusiyanın tələblərini rədd etdiklərini vurğulayıblar.
Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların noyabrın ilk yarısında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 26 Oktyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















