Beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkmişik
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Beynəlxalq aktorların selektiv yanaşmasından da əziyyət çəkmişik".
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
“Biz faktiki olaraq cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Bu da bir daha göstərir ki, nəticə əldə etmək üçün güclü siyasi iradə, cəsarət və sülh və ədalət işinə sadiqlik nümayiş etdirmək lazımdır. Bizim halda bu, uzun illər çəkdi – təxminən 30 il. Biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik. Bunu BMT Nizamnaməsinə və özünümüdafiə hüququnu təsbit edən 51-ci maddəyə uyğun şəkildə etdik. İşğal olunmuş əraziləri güc yolu ilə azad etdik və sülhə siyasi vasitələrlə nail olduq. Beləliklə, mən deyərdim ki, hazırda qlobal miqyasda nadir bir təcrübəmiz var, 1r milyon insanın etnik təmizləməyə məruz qaldığı, ərazisinin təxminən 20 faizinin 30 ilə yaxın müddətdə işğal altında qaldığı bir ölkə kimi. Biz həmçinin beynəlxalq diqqətin çatışmazlığından və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından da əziyyət çəkmişik”, - dövlət başçısı qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 12 Mart 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















