Maksimov “Şəfa” ilə heç heçəni dəyərləndirdi
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 11-ci turu çərçivəsində "Şəfa" ilə heç-heçə etdikləri matç (2:2) barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Matç bərabər mübarizə şəraitində keçdi. Nəticəyə baxmayaraq komandamın oyunundan razı qaldım. Sadə səhvlərdən iki qol buraxdıq. Heyətlə bağlı itkilərimiz var idi, buna görə də ehtiyat oyunçular skamyamız geniş deyildi. Qarşıda iki həftəlik fasilə olacaq və bundan səmərəli istifadə etməyə çalışacağıq.
Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Hazırda Ukraynada da müharibə davam edir. Bu səbəbdən sizin yaşadıqlarınızı yaxşı anlayırıq”.
Qələbə qazanmaq üçün nələri dəyişmək lazımdır? sualını isə Maksimov belə cavablandırıb:
“Ötən tur “Zirə” ilə oyunda üç futbolçumuzu itirdik. Düşünürəm ki, onlar qayıtdıqdan sonra daha səmərəli hazırlaşa biləcəyik. Növbəti oyunumuz “Neftçi”yə qarşı olacaq. Qələbə qazanmaq üçün oynayacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 Noyabr 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















