Beynəlxalq dağ xizəyi turniri başa çatdı FOTOLAR
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Qusarda keçirilən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub.
Bakıvaxtı.az Azərbaycan Qış İdmanı Növləri Federasiyasına (AQNİF) istinadən xəbər verir ki, Beynəlxalq Xizək Federasiyasının (FIS) təqviminə əsasən təşkil olunan yarışın sonuncu günündə idmançılar slalom növündə mübarizə aparıblar.
AQNİF və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan yarışın nəticələrinə əsasən, Qazaxıstan idmançısı Kseniya Brejnaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qazaxıstanın digər təmsilçi Dalel Talkunova gümüş, Özbəkistan xizəkçisi Kseniya Qriqoreva isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan 25 qadın idmançı birincilik uğrunda yarışıb. Yarışda ölkəmizi dağ xizəkçisi Anastasiya Papatoma təmsil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 10 Yanvar 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















