Icma.az
close
up
RU
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı Fotolar

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatdı Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, gözəl ənənəyə çevrilən festival bu dəfə də musiqisevərlərin diqqətini Qəbələyə cəlb edə bilib.

İyulun 24-də başlanan və altı gün davam edən musiqi bayramında Azərbaycanla yanaşı, Latın Amerikası, Gürcüstan və Litvadan görkəmli musiqiçilər, ifaçılar, tanınmış musiqi kollektivləri iştirak ediblər.

Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalı dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuşdu.

Festivalın davam etdiyi günlərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupunun, “Mercadonegro ” musiqi qrupunun (Latın Amerikası), Tbilisi Big Band orkestrinin (Gürcüstan), “Ciurlionis” kvartetinin (Litva), həmçinin “Gənclərə dəstək” layihəsi iştirakçılarının, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və “Xarıbülbül” muğam qrupunun iştirakı ilə Xalq artisti Nəzakət Teymurovanın, “Detaşe-Sabah” violinoçular ansamblının, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, tanınmış musiqiçilərin çıxışlarını izləmək imkanı olub.

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konsertində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub. Konsert görkəmli musiqi xadimləri Vasif Adıgözəlovun 90, Rauf Atakişiyevin 100 illik yubileylərinə həsr olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirilorluğu ilə keçən konsertin birinci hissəsində görkəmli bəstəkar Vasif Adıgözəlovun “Bayram uvertürası”, “Piano və orkestr üçün 4 nömrəli konsert”, “Qərənfil” romansı, “Çanaqqala 1915” oratoriyasından türkülər və “Bakı haqqında mahnı” səsləndirilib. Solistlər Murad Adıgözəl-zadə (piano), Afaq Abbasova (soprano), Selcan Fermor-Hesketh (soprano) və Əvəz Abdulladır (bariton).

Konsertin ikinci hissəsi Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçib. Solistlər Xalq artisti Yusif Eyvazov (tenor), Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo soprano), Yusif Eyvazov (tenor) və Əvəz Abdullanın (bariton) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Traviata” operasından “Brindisi” ifa ediblər.

Qəbələ Beynəlxalq Musiqi Festivalının Azərbaycanın mədəni həyatında mühüm rolu var. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi bu festival həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik mübadiləsinə xidmət edir.




















Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri