“Beynəlxalq Əlillər Günü”nə həsr edilmiş futzal turnirinin qalibi müəyyənləşib FOTO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında “3 dekabr Beynəlxalq Əlillər Günü”nə həsr edilmiş futzal turnirinə yekun vurulub.
İdman.Biz xəbər verir ki, baş tutan oyunlardan sonra “Azəri” komandası yarışın qalibi olub.
“Ümid” ikinci, “Bakı” isə üçüncü yeri tutub. Turnirin son oyunlarının ardından mükafatlandırma mərasimi keçirilib.
Bundan başqa, 12 qola imza atan “Azəri”nin oyunçusu Elcan Heydərov turnirin bombardiri olub. “Bakı”nın üzvü Nizaməddin Əzimzadə turnirin ən yaxşı qapıçısı, “Ümid”dən Ayxan Tanrıverdili isə ən yaxşı oyunçusu seçilib.
Turnirin son iki gününün nəticələri:
“Zirvə” - “Bakı” - 2:7
“Şimşək” - “Azəri” - 0:4
“Ümid” - “Zirvə” - 10:0
“Bakı” - “Şimşək” - 3:3
“Ümid” - “Bakı” - 3:1
“Azəri” - “Zirvə” - 31:1
“Şimşək” - “Ümid” - 0:4
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 12 Dekabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















