Azərbaycan filmi İtaliyada beynəlxalq festivalda təqdim olunub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 12 may, AZƏRTAC
Səbinə Zülalovanın “Marytale. İnklüziv möcüzələr” nağılının ekranlaşdırılması İtaliyada keçirilən “Rome Prisma Film Awards” beynəlxalq festivalında təqdim olunub və sertifikat əldə edib.
AZƏRTAC xəbər verir ki, qısametrajlı filmin çəkilişlərində Daun sindromu olan üç uşaq iştirak edib.
“Rome Prisma Film Awards” beynəlxalq film festivalı 2018-ci ildə Romada təsis edilmiş Avropa müstəqil film festivalıdır. İtaliya paytaxtının tarixi kinoteatrlarının platformalarında keçirilən festival 150-dən çox ölkədən rejissorları, ssenaristləri və prodüserləri bir araya gətirir. Təşkilatçılar humanizm, mədəni dialoq və kinonun emosional gücü ideyalarına xüsusi diqqət yetirirlər.
Layihənin müəllifi S.Zülalova AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan kinosunun beynəlxalq səhnələrdə təmsil olunmasının vacibliyini qeyd edib: “Bu, kinematoqrafiyamızın təbliği və müstəqil ekspertlər tərəfindən Azərbaycan yaradıcı insanlarının qiymətləndirilməsidir. Azərbaycanı beynəlxalq platformada təmsil etmək mənim üçün böyük fərəh idi”.
Layihə müəllifinin sözlərinə görə, festivalda iştirak etmək xüsusilə əlamətdar hadisəyə çevrilib.
“Filmdə lal-kar rəssam rolunu canlandıran qızım Saimə Mədətova məni festivala müşayiət edib, o da mükafata layiq görülüb. Onun filmin yaradılmasına verdiyi töhfələrdən biri də subtitrlərin ingilis dilinə tərcüməsi olub. Müstəqil beynəlxalq ekspertlər tərəfindən festivala seçilməyimiz işimizə verilən qiymətin təsdiqi idi”, - deyə müsahibimiz vurğulayıb.
S.Zülalova layihəyə dəstək olduqlarına və filmin yaradılmasında iştirak etdiklərinə görə Azərbaycanın Xalq artisti Həmidə Ömərova və tanınmış oktyor Azər Aydəmirə minnətdarlığını bildirdi.
Qeyd olunur ki, Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən verilən qrant əlavə səhnələrin çəkilişini başa çatdırmağa və filmin dramaturgiyasını əhəmiyyətli dərəcədə artırmağa, eləcə də filmin Azərbaycan Dövlət Film Fondunda saxlanmasına imkan yaradıb.
Müəllif – Anara Axundova
Baxış sayı:156
Bu xəbər 12 May 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















