Icma.az
close
up
RU
Beynəlxalq İdman Təbabəti və Reablitasiya konfransı keçirildi FOTO

Beynəlxalq İdman Təbabəti və Reablitasiya konfransı keçirildi FOTO

Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 5-də Avropa otelində Beynəlxalq İdman Təbabəti və Reablitasiya konfransı keçirilib.

Medicina.az bildirirvki, konfransın təşkilatçılığı isə İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi və Milli Onkologiya Mərkəzinə həvalə olunub.

Beynəlxalq tədbirin digər təşkilati dəstəkçilər isə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, Afgen Genetik Diaqnoz Mərkəzi və “Planeta” Apteklər şəbəkəsi idi.

Konfransın açılışını terapevt, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycanda "Bioloji Təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin” sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor Fikriyyə İbrahimli edib.

Beynəlxalq konfransın nəzəri hissəsinin spikeri idman həkimi Avropa Olimpiya Komitəsi tibbi və antidopinq komissiyasının üzvü, LitvaTibbi İdman Fedresiyasının və Litva Manual Tibb Cəmiyyətinin üzvü Dalius Barkauskas idi. 1990-cı illərdən başlayaraq tibbi idman sahəsində böyük təcrübə toplamış D. Barkauskas həm də Litvanın Kaunas şəhərindəki ixtisaslaşmış tibb mərkəzlərindən birinin peşəkar həkimidir.

Spiker haqqında digər bir maraqlı məlumat da ondan ibarətdir ki, o, Avropa İdman həkimləri və Müalicəvi Bədən Tərbiyəsi həkimləri Kollecinin həmtəsisçisidir.

Konfransda Almaniya, Polşa, Moldova, Litva və Özbəkistan respublikalarından dəvət olunmuş qonaqlardan əlavə Azərbaycanın müxtəlif klinika və reablitasiya mərkəzlərində çalışan 200-dən çox yerli həkim də iştirak edirdi.

Xarici spikerin “ Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə biotənzimləyici yanaşma.İdmanda çiyin, boyun və bel zədələri” mövzusundakı çıxışı iştirakçların marağına səbəb olduğundan tədbirin müəyyən hissəsi sual-cavaba həsr olundu.

Canlı mühazirədən başqa Almaniyadan 4 həkim- Almaniyanın Baden-Baden şəhərindəki HEEL şirkətinin tibb mütəxəssisi, Fiziologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə professor, doktor Devid Leşayd, Almaniya Olimpiya və Almaniya Milli xizək komandalarının idman həkimi, cərrahiyyə. İdman və təcili yardım üzrə ixtasaslaşmış praktik həkim Ştefan Pexer konfransa onlayn qoşularaq mövzularda çıxış ediblər.

Travmatologiya, ortopediya, idman təbabəti, fizioterapiya və naturopatiya üzrə ixtisaslaşmış doktor, Almaniya qış idman növləri üzrə milli komandanın, eyni zamanda Almaniya Olimpiya komandasının həkimi Kristian Şnayder və Almaniya Milli Futbol komandasının idman həkimi, ortopediya və idman təbabəti üzrə ixtisaslaşmış doktor Hans Vilhelm Müller də konfransın onlayn çıxışçılarından idilər.

Xarici həkimlərin “ İltihabın həlli terapevtik hədəf kimi” ,“ İdman təbabətində biotənzimləyici yanaşma.Müalicə sənəti”, “Peşəkar idmandan gündəlik təcrübəyə qədər” və s. mövzulardakı çıxışları da iştirakçılar tərəfindən maraqla qarşılanaraq geniş müzakirəyə səbəb olub.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 07 Dekabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri