Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Beynəlxalq jurnallarda çıxan elmi məqalələrimiz niyə azdır? AÇIQLAMA

Beynəlxalq jurnallarda çıxan elmi məqalələrimiz niyə azdır? AÇIQLAMA

Icma.az, Metbuat saytına istinadən bildirir.

Azərbaycanda elmi məqalələrin sayı kifayət qədər olsa da, onların beynəlxalq səviyyədə tanınan jurnallarda dərc olunması hələ də məhdud qalır.

Təhsil tədqiqatçısı Elmin Nuri Metbuat.az-a açıqlamasında bildirib ki, elmi məqalələrin say azlığından danışarkən bölgü aparmalıyıq:

“Ölkə daxilində yazılan və çap edilən elmi məqalələr, ölkə xaricində çap olunan elmi məqalələr və yüksək indeksli jurnallarda çap olunan elmi məqalələr arasında fərq var. Əvvəlcə, kəmiyyət baxımından böyük problemimiz yoxdur. Lakin keyfiyyət məsələsi, fərdi akademik göstəricilər və onların nə dərəcədə əks olunması isə ayrıca müzakirə mövzusudur. Ölkə alimlərinin Azərbaycan dilində yerli elmi jurnallarda çap olunmasında ciddi problemlər yoxdur. Bununla belə, bir neçə çətinlik mövcuddur. Nümunə üçün akademik elmi jurnal sayının azlığı və attestasiya komissiyasından keçən, müəyyən indeksləşmiş jurnalların sayının artırılmasının vacibliyi bu məsələlərdəndir. Məsələn, ictimai-humanitar sahədə cəmi 10 deyil, 30 jurnalın olması daha yaxşı olardı. Bu yalnız bir sahəyə aid deyil, bütün elm sahələrində daha çox akademik jurnalın mövcudluğu arzuolunandır”.

Ekspertin sözlərinə görə, daxildə çap olunan elmi məqalələrlə xaricdə nəşr edilən elmi məqalələrin kəmiyyət və keyfiyyət göstəricilərini eyni tutmaq olmaz:

“Çünki beynəlxalq aləmdə Azərbaycan alimlərinin elmi məqalə çapı nə kəmiyyət, nə də keyfiyyət baxımından kifayət qədər yüksək səviyyədə deyil. Düzdür, universitetlərimiz ildən-ilə bu göstəricilərin artdığını bildirir. Elm və Təhsil Nazirliyi də bu yaxınlarda belə bir açıqlama vermişdi ki, xaricdə elmi məqalə çap edən alimlərin sayı artıb. Universitetlər üzrə bu göstəricilər fərqlidir. Məsələn, Bakı Dövlət Universiteti, UNEC, ADU, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Tibb Universiteti və Sumqayıt Dövlət Universitetində bu istiqamətdə müəyyən irəliləyişlər müşahidə olunur”.

E.Nuri alimlərin xaricdə çap olunan elmi məqalələrinin sayının artmasını müsbət hal kimi qiymətləndirib:

“Lakin bu prosesdə tələsmək olmaz. Xaricdə elmi məqalə çap etdirmək asan deyil. Bu, həm maddi baxımdan, həm də müxtəlif maneələr səbəbindən çətinlik yaradan bir prosesdir. Bəzən alimlər haqqında böyük təmtəraqla danışırlar ki, onların məqaləsi xaricdə, məsələn, Fransada çap olunub. Amma baxdıqda görürsən ki, həmin məqalələr əsasən Hindistan, onun qonşu ölkələri, Cənubi Afrika və digər uzaq ölkələrdə dərc olunub. Halbuki indeksləşmiş jurnallar daha çox Amerika, Avropa, Koreya, Sinqapur və Yaponiya kimi ölkələrdə yerləşir. Xüsusilə də Avropa və Amerika jurnalları dünya elmi mənbələri arasında əsas rol oynayır. Burada əsas sual yaranır ki, çap olunan məqalələr bizim elmimizə nə kimi töhfə verib? Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması və təbliği baxımından hansı addımlar atılıb? Bunu qoruyub saxlamaq lazımdırmı? Çünki bəzən rəqəmlər hər şeyi əks etdirmir və real nəticələri tam ifadə etmir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Mart 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri