Icma.az
close
up
RU
Beynəlxalq konfransın iştirakçıları 1 saylı DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Beynəlxalq konfransın iştirakçıları 1 saylı DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 31 may, AZƏRTAC

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları 1 saylı Bakı DOST Mərkəzində olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konfrans iştirakçıları burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Onlara DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi barədə məlumatlar çatdırlıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov nümayəndə heyətinə DOST konsepsiyası barədə ətraflı məlumat verib. Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Konfrans iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də olublar. Mərkəzin direktoru Elnarə Ənsari müəssisənin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, 2021-ci ildən fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Burada həssas qruplardan olan şəxslərin müxtəlif fəaliyyət istiqamətləri üzrə yaradıcı potensialına dəstək işləri aparılır.

Konfrans iştirakçılarına Musiqi istiqaməti üzrə təlimlərə cəlb olunmuş təlimçi və benefisiarların ifasında proqram təqdim olunub. Həmçinin, qonaqlar təlim prosesini izləyib, Mərkəzin müxtəlif peşə-yaradıcılıq otaq və studiyalarında hazırlanmış əl işlərindən ibarət sərgiyə baxıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see204

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see138

İlham Əliyev və xanımı Çində səfərdədir

30 Avqust 2025 16:21see134

Dünyanın ən bahalı və ucuz məhsullarının adı açıqlandı

30 Avqust 2025 15:26see132

Polis Parubinin qatilinin izinə düşüb Media

30 Avqust 2025 17:30see131

“Nə arzular yarımçıq qaldı” Fotolar

30 Avqust 2025 15:24see128

7 aylıq qeyri neft ixracı 2 milyard dollar

30 Avqust 2025 11:43see128

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see127

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see126

Trampın bu dediyi Modini əsəbiləşdirib

30 Avqust 2025 19:45see125

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see125

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see125

Pezeşkian ən çox nədən qorxur?

30 Avqust 2025 09:24see125

Ağcaqanadların yaydığı xəstəliklə bağlı xəbərdarlıq

30 Avqust 2025 16:45see125

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see121

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see121

Ürəyi qorumaq üçün 7 11 4 qaydası Sınayın

30 Avqust 2025 12:13see119

32 ildən sonra Bakı Ağdam qatarı yola düşdü Cədvəl, qiymətlər və xidmətlər

30 Avqust 2025 08:42see119

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see119

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri