Beynəlxalq konfransın iştirakçıları AMEAnın Nadir ağaclar parkında ağacəkmə aksiyasında iştirak ediblər AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 17 dekabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq konfransın iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq AMEA-nın Nadir ağaclar parkında ağacəkmə aksiyasında iştirak ediblər.
Akademiyadan AZƏRTAC-a verilən məlumata görə, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Türkiyə, Pakistan, Çin, Hindistan, Cənubi Koreya, Vyetnam, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən gəlmiş tanınmış alimlər akademiya şəhərciyində salınmış Nadir ağaclar parkında ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü ağac və kol bitkiləri əkib, aqrotexniki qulluq göstəriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 17 Dekabr 2024 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















