Icma.az
close
up
RU
Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Icma.az, Bizimyol saytına istinadən bildirir.

DİM sədri Məleykə Abbaszadənin “uşaq nizam-intizamlıdırsa, repetitora ehtiyac yoxdur” fikri kağız üzərində olduqca məntiqli və arzuolunandır. Kaş ki, reallıq da bu qədər sadə olaydı. Təəssüf ki, bu yanaşma illərdir formalaşmış təhsil sisteminin problemlərini uşağın və valideynin üzərinə yükləməkdən başqa bir şey deyil.

Əgər doğrudan da yalnız DİM-in nəşr etdiyi dərs vəsaitlərini oxumaq imtahanda uğur qazanmaq üçün kifayət edirsə, bəs niyə minlərlə şagird illərdir repetitor qapılarını döyür? Niyə repetitorluq “alternativ” yox, faktiki olaraq paralel təhsil sisteminə çevrilib? Problem uşaqların hamısının nizam-intizamsız və məsuliyyətsiz olmasındadırmı, yoxsa sistemin özündə?

Bu gün orta məktəblərdə dərs yükü ağır, proqram sıx, müəllim-şagird münasibəti isə çox vaxt formal xarakter daşıyır. Sinifdə 30–35 şagird olan şəraitdə hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq, onun zəif və güclü tərəflərini inkişaf etdirmək mümkünsüzdür. Belə vəziyyətdə valideyn repetitoru “lüks” yox, çıxış yolu kimi görür.

Məleykə Abbaszadə erkən yaşlardan müstəqillik, öz üzərində işləmək, məsuliyyət kimi keyfiyyətlərin formalaşdırılmasından danışır. Bu, şübhəsiz ki, doğrudur. Amma sual yaranır ki, bu keyfiyyətləri uşaqlara kim və necə aşılamalıdır? Təhsil sistemi özü bu bacarıqları formalaşdırmağa nə qədər hazırdır? Əzbərçiliyə əsaslanan, imtahan yönümlü proqramlar uşağı düşünməyə yox, test həll etməyə öyrədir. Nəticədə şagird dərsi başa düşmək üçün yox, bal toplamaq üçün oxuyur.

Digər tərəfdən, repetitorluğun yaranmasının əsas səbəblərindən biri də imtahanların formatıdır. DİM imtahanları məktəb proqramı ilə tam uzlaşmırsa, şagird təbii olaraq “imtahan dili”ni bilən repetitor axtarır. Bu, uşağın zəifliyi yox, sistemin öz-özünə yaratdığı ziddiyyətdir.

Valideynlər də günahlandırılmamalıdır. Onlar övladlarının gələcəyini riskə atmaq istəmirlər. Seçim sadədir ya repetitor, ya da qeyri-müəyyən nəticə. Belə şəraitdə “repetitora ehtiyac yoxdur” demək reallıqdan çox uzaq səslənir.

Əgər repetitorluq sıradan çıxmalıdırsa, bu yalnız çağırışla yox, köklü islahatlarla mümkündür. Məktəbdə dərsin keyfiyyəti artmalı, proqram imtahanlarla uyğunlaşdırılmalı, müəllimin nüfuzu və məsuliyyəti gücləndirilməlidir. Əks halda məsuliyyəti yalnız uşağın üzərinə qoymaq asan, amma ədalətsiz yanaşmadır.

Repetitorluq bu gün səbəb deyil, nəticədir. Səbəbi aradan qaldırmadan nəticəni tənqid etmək isə problemi həll etmir, sadəcə onu ört-basdır edir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Dekabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see295

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see130

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see127

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see125

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri