Beynəlxalq Qızlar Günü Azərbaycandakı 14 yaşadək qız uşaqlarının sayı
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar Günü elan edilib.
Bu günün qeyd edilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Beynəlxalq Qızlar Günü ilə bağlı qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib.
Maraqlıdır, Azərbaycanda 14 yaşadək qız uşaqlarının sayı nə qədərdir?
Modern.az-ın Dövlət Statistika Komitəsidən əldə etdiyi məlumata görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkəmizdə 14 yaşadək qız uşaqlarının sayı 385.1 min nəfər qeydə alınıb.
Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 54 898 doğulan körpə qeydə alınıb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.


