Icma.az
close
up
RU
Beynəlxalq yükdaşımalarda üstün sənəd hansıdır?

Beynəlxalq yükdaşımalarda üstün sənəd hansıdır?

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq daşınmalar zamanı yükün zədələnməsi və ya məhv olması ilə bağlı mübahisələrdə əsas məsələlərdən biri yük göndərənin və daşıyıcının kimliyinin düzgün müəyyən edilməsidir.

Ölkə.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, məhkəmənin son qərarlarından birində bu məsələlərlə bağlı mühüm hüquqi mövqe ifadə olunub:

Mübahisənin mahiyyəti

İş üzrə iddiaçı bildirib ki, cavabdeh hüquqi şəxsin sürücüsü ilə əldə olunmuş şifahi razılaşmaya əsasən ona məxsus xurma məhsulu Rusiyaya daşınmalı idi. Daşınma zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində məhsul yararsız hala düşüb və iddiaçı vurulmuş zərərin ödənilməsini tələb edib.

Lakin yükün daşınmasına dair rəsmi sənədlərdə - gömrük bəyannaməsində və beynəlxalq yük qaiməsində (CMR) yük göndərən qismində başqa şəxs, daşıyıcı qismində isə hüquqi şəxs göstərilib. Məhz bu ziddiyyət məhkəmə mübahisəsinin əsasını təşkil edib.

Ali Məhkəmə bu qərarında bir daha qeyd edib ki, kommersiya münasibətlərinin spesifik xüsusiyyətləri (daha sistemli, mürəkkəb, gəliryönümli və yüksək riskli olması) bu münasibətlərdən irəli gələn mübahisələrdə sübutetmə standartlarının daha yüksək olmasını zəruri edir. Belə münasibətlərdə adətən "yazılı sübutların prioritetliyi" prinsipi əsas götürülməklə, xüsusilə yazılı sənədlərin (müqavilə və sair) sübut qüvvəsi daha yüksək və etibarlı hesab olunur.

Qeyd olunanlar baxımından yük daşınması müqaviləsindən irəli gələn mübahisələr üzrə tərəflər arasında bağlanmış yazılı müqavilənin, daşıma sənədlərinin, xüsusilə qaimənin hüquqi əhəmiyyəti vurğulanmalıdır. Qanunvericiliyə görə, qaimə əksi sübuta yetirilmədikcə:

- yük göndərənlə daşıyıcı arasında müqavilənin mövcudluğunu;

- yükün daşıyıcı tərəfindən qəbul edilməsini;

- yükün kim tərəfindən göndərildiyini;

- daşıyıcının kim olduğunu təsdiq edən əsas sənəd hesab edilir.

Yük göndərən kim hesab olunur?

Mülki Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən dedikdə adından yük göndərilməsi rəsmiləşdirilən şəxs başa düşülür. Başqa sözlə, əgər qaimədə və gömrük sənədlərində müəyyən şəxs yük göndərən kimi göstərilibsə, ilkin hüquqi qiymətləndirmədə məhz həmin şəxs yük göndərən hesab edilir.

Baxılan işdə yük göndərən kimi iddiaçı tələb irəli sürsə də işin materiallarında olan daşıma sənədlərində (gömrük bəyannaməsi və qaimə) yük göndərən qismində, həmçinin yükü alanla bağlanmış alqı-satqı müqaviləsində satıcı qismində başqa şəxsin adı qeyd olunub. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli yükü müvafiq dövlət orqanlarına bəyan etməklə ölkə xaricinə çıxaran və həmin məhsula görə ölkəyə valyuta gətirməli olan şəxs də yük göndərəndir. Bu səbəbdən faktiki münasibətlər barədə yalnız şifahi izahatlarla rəsmi sənədlərin məzmununu kənara qoymaq mümkün deyil.

Bu baxımdan, yükün daşınmasına dair rəsmi sənədlərdə adı qeyd olunan şəxs məhkəmə prosesinə cəlb edilmədən, faktiki yük göndərən olduğunu bildirən iddiaçı ilə həmin şəxs arasındakı münasibətlərin hüquqi xarakteri (təmsilçilik, tapşırıq, komissiya və sair) üzrə hər hansı hüquqi qiymətləndirmə aparılmadan, yalnız tərəflərin izahatları əsasında, rəsmi sənədlərdə adı göstərilən şəxsin bu münasibətlərə hər hansı aidiyyətinin olmaması, formal yük göndərən olması, faktiki yük göndərənin isə iddiaçı olmasına dair gəlinən nəticə mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarının, eləcə də MPM-nin 81-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 81-ci maddəsi).

Daşıyıcı kim hesab olunur?

Daşıyıcının müəyyənləşməsi məsələsində də Ali Məhkəmə rəsmi sənədlərə istinadla qeyd edib ki, daşıyıcı kimi göstərilən hüquqi şəxsin statusunu yalnız ehtimal edilən işgüzar praktikalara istinad etməklə inkar etmək olmaz. Məhkəmənin tərəflər arasında konkret məzmunda işgüzar praktikanın mövcud olması qənaətinə gəlinməsi və mübahisənin həmin praktikaya istinadla həll edilməsi üçün işin materiallarında, müvafiq praktikanın mövcudluğunu təsdiq edən "əsaslı şübhələr yaratmayan" sübutlar olmalı, mübahisəsiz halda tərəflər həmin praktikaya istinadla hərəkət etməlidirlər. Bundan sonra mübahisə halında məhkəmə məhz həmin mübahisəsiz vəziyyətdə, tərəflərin davranışına əsasən formalaşmış işgüzar praktikanı əsas götürməklə mübahisəli hala qiymət vermək imkanına malik ola bilər.

Baxılan işdə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış, işgüzar praktikanın formalaşmasını təsdiq edən, tərəflərin mübahisələndirmədən məqbul saydığı mötəbər sübutlar təqdim edilməyib.

Ali Məhkəmə nəticə etibarilə belə qənaətə gəlmişdir ki, beynəlxalq yük daşınması ilə bağlı mübahisələrdə yük göndərənin və daşıyıcının müəyyən edilməsi ilk növbədə rəsmi daşıma sənədləri əsasında aparılmalıdır. Həmin sənədlərdə göstərilən şəxslərin hüquqi statusu ilə bağlı zəruri hüquqi qiymətləndirmə həyata keçirilməli və yalnız bundan sonra məsuliyyət məsələsinə qiymət verilməlidir.

Sahibkarlar üçün hüquqi tövsiyələr:

Yük daşınması sahəsində hüquqların effektiv müdafiəsi üçün münasibətlərin düzgün sənədləşdirilməsi əsas şərtdir. Yük daşınması zamanı yalnız şifahi razılaşmalarla kifayətlənmək, sənədlərdə başqa şəxslərin adından istifadə etmək və ya daşıma sənədlərinin düzgün rəsmiləşdirilməsinə diqqət yetirməmək sonradan hüquqların müdafiəsini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Beynəlxalq yük daşınması münasibətlərində hüquqların etibarlı müdafiəsinin əsas təminatı düzgün və şəffaf sənədləşdirmədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyun 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri