Icma.az
close
up
RU
Beyni qocalmaqdan qorumağın 9 BƏSİT ÜSULU

Beyni qocalmaqdan qorumağın 9 BƏSİT ÜSULU

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Su içməmək, hərəkət etməmək, sağlam qidalanmamaq başda olmaqla bir çox səbəblər insan beynini qocaldır.

Bəs beynin vaxtından əvvəl qocalmasının qarşısını almaq üçün nələr etmək lazımdır?

Publika.az bu sualın cavabını bir neçə variantda təqdim edir.

Vücudumuzun əsas gəmisi olan beyin bütün orqanlarımızı idarə edir və sistemin düzgün şəkildə işləməsini təmin edir. Beyni sağlam və cavan saxlamaq üçün gündəlik həyatımızda bir neçə prosesə diqqət yetirməliyik. Hər günü eyni tərzdə yaşamamaq, nəfəs potensialını artırmaq və stressdən uzaq qalmaq da bu detallara daxildir.
1. SU İÇİN

İnsan beynin 73%-i sudan ibarətdir. Su neyronların istehsalını, hormonal əlaqə və hüceyrələrarası əlaqə kimi əhəmiyyətli fəaliyyətlərdə istifadə edilir. Beyin suyunun bir faizini itirərsə, insanın düşünməsi yavaşlayar, iki faizini itirərsə, zehni performansı geriləyər, riyazi problemləri həll etmək çətinləşər.

Qəhvə, çay suyun yerini tuta bilməz. Meyvə suyu, bitki çayı, süd də həmçinin. Çünki qəhvə və çay sidikqovucu xüsusiyyətlərə malikdir və əksinə bədəndə suyun miqdarını azaldır.

Gündə ən az 1 litr su içmək vacibdir. Su içməyin ən yaxşı zamanı isə səhər saatlarıdır. Gün boyunca tez-tez su içmək lazımdır.

2. HƏRƏKƏTLİ OLUN

Beynin hər iki yarımkürəsini işlətmək üçün müəyyən hərəkətlər yerinə yetirmək lazımdır. Yürüş, yoqa və üzmək kimi vücudun hər iki tərəfini paralel şəkildə istifadə etməyin vacib olduğu hərəkətlər etmək daha yaxşıdır. Bu, eyni zamanda, beynin yarımkürələri arasındakı bağları da möhkəmləndirir. Yuxunu da müəyyən çərçivəyə salar. Gün ərzində piyada gəzmək, pilləkan çıxmaq, avtomobili uzağa park edərək yolu uzatmaq kimi detallar da beyinə hərəkət baxımından fayda verər.

3. SAĞLAM QİDALANIN

Beyinin cavan qalması üçün onu yaxşı "qidalandırmaq" lazımdır. Beynimiz qurmandır. O, balıq, istridiya və digər dəniz məhsulları, qoz-fındıq, şokolad, təzə və quru meyvələri xoşlayır. 

4. YUXUNUZA DİQQƏT EDİN

Yuxuya yalnız körpələrin deyil, hər kəsin ehtiyacı var. İbtidai sinifdən sonra uşaqların yuxusuna çox da diqqət edilmir. Çox yatmaq isə tənbəllik əlaməti sayılır. Ancaq hər gün doldurulmuş bir beyin üçün ən yaxşı əlac yatmaqdır.

Yuxu beynimizə gün içində metabolizmə bağlı olaraq ortaya çıxan artıq metabolitlərin təmizlənməsi, beyindəki hüceyrələr arasında yeni bağlantıların qurulması, beynin özünü təmir etməsi, bədəndəki xroniki stress üçün cavabın hazırlanması, öyrənilən bilgilərin möhkəmlənməsi üçün şərtdir.

5. ÜRƏYİNİZƏ YAXŞI BAXIN

Ürək və beyin bir almanın iki yarısı kimidir. Buna görə də kardioloq və daxili orqanların müalicəsi üçün həkimin verdiyi tövsiyələr beyin üçün də önəmlidir. Öncə ürəyi sağaltmaq lazımdır. Artıq çəkiniz varsa, qan təzyiqiniz, qan şəkəriniz yüksəkdirsə, ailədə təzyiq, ürək-damar, diabet xəstəsi varsa, siqaret çəkirsinizsə, spirtli içki ilə aranız yaxşıdırsa və hərəkətsiz qalırsınızsa, mütləq kardioloqun müayinəsindən keçməlisiniz. Ürək-damar xəstəlikləriniz sağalarsa, beyin də yaxşılaşar.

6. BAĞIRSAQLARINIZIN SAĞLAMLIĞINI QORUYUN

Xoşbəxtlik hormonlarını bağırsaqlar istehsal edər. Bu hormonlar bizi streslərdən qoruyur, stresləri dəf etməyə kömək edir.

Stress beyini qocaldan əsas amildir. Stress fizioloji olaraq təzyiqi artırır, qan təzyiqini qaldırır. Beyin uzun müddət stressə məruz qaldığı üçün, özəlliklə, yaddaş mərkəzi hüceyrə azlığı və toxuma itkinliyi ortaya çıxır.

Beləliklə, bağırsaq nə qədər çox xoşbəxtlik hormonlarını istehsal etsə, beyin də o qədər cavan qalacaq.

Lakin bağırsaqların mikroflorasının pozulması, bağırsaq xəstəlikləri xoşbəxtlik hormonlarının ifrazını azaldır. Bu səbəbdən bağırsağın sağlamlığına daim diqqət edin ki, beyinin qocalana qədər cavan qalsın.

8. ÖYRƏNMƏYƏ DAVAM EDİN

Yeni bilgilər beyni inkişaf etdirər. Beyin hüceyrələri arasında yeni yollar qurar və bilgilərin möhkəmlənməsi, itirilməsinə əngəl olmaq üçün əsas rol oynayar. Yeni bilgi öyrənərkən beynimiz stimul qazanır ki, bu da yaddaşa xüsusi fayda verər. Bu zamanla beyni kiçilməkdən qoruyar. İkinci, üçüncü, hətta dördüncü dil öyrənməyə başlamaq, tikiş öyrənmək, foto çəkmək, şahmata başlamaq, müxtəlif idman növlərində özünü sınamaq, yemək bişirmək, rəqslər öyrənmək, yəni, ağlınıza nə gəlirsə... xüsusilə içinizdə qalan, uzun müddət arzuladığınız şeyləri həyata keçirmək bu mövzuda sizə yardımçı olacaq.

9. SOSİALLAŞIN

Pis, yaxşı xatirələr beyini yaşlandırmaz. Dostlarla birlikdə zaman keçirmək, təcrübələrin paylaşılması, yeni bilgilər və fikirlər müzakirə etmək, sevdiklərimizlə yaxşı zaman keçirmək, kədəri və sevinci paylaşmaq... bütün bunlar beyində yeni yollar açır, beyinin fəaliyyətini yaxşılaşdırır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri