Beyni qoruyan hobbilər AÇIQLANDI demensiya riskini azalda bilər
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İnsanın hər hansı hobbiyə səmimi və maraqla yanaşması beyin üçün faydalıdır.
BAKU.WS xəbər verir ki, bunu tibb elmləri doktoru, kardioloq Yuri Konyev NSN-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müntəzəm məşğuliyyətlər beyində koqnitiv ehtiyatın formalaşmasına kömək edir və demensiyanın inkişaf riskini azaldır. Xüsusilə zehni, fiziki və sosial aktivliyi birləşdirən fəaliyyətlər faydalı hesab olunur.
"Misal üçün, kolleksiyalarına böyük maraq göstərən numizmatlar daha uzun yaşayırlar. Ümumiyyətlə, sərbəst peşə sahiblərinin və yaradıcılıqla məşğul olan, sərt iş rejimi olmayan insanların ömrü daha uzun olur", – deyə mütəxəssis bildirib.
Həkim eyni zamanda onlayn oyunlara həddindən artıq aludə olmaqdan çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, kompüter qarşısında vaxtın səmərəsiz keçirilməsi sağlamlığa və inkişaf prosesinə müsbət təsir göstərmir.
Konyev qeyd edib ki, hobbi dəbdə olduğu üçün deyil, insanın həqiqi marağı olduğu üçün seçilməlidir. Onun fikrincə, insanı məcburi şəkildə hər hansı fəaliyyətə həvəsləndirmək mümkün deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Sentyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















