Axısqa türklərinin sürgün həyatı və folklor irsi araşdırılıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 19 noyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin elmi işçisi Südabə Həsənovanın “Axısqa türklərinin sürgün həyatı və folkloru” mövzusunda məruzəsi dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Axısqa türklərinin tarixində mühüm yer tutan 1944-cü il deportasiyasından, xalqın doğma torpaqlarından zorla köçürülməsindən və sürgün həyatının onların sosial-mədəni yaşamına təsirindən bəhs olunub. Qeyd edilib ki, on minlərlə insanın Orta Asiya respublikalarına köçürülməsi Axısqa türklərinin həyatında ciddi dəyişikliklərə səbəb olsa da, xalq öz dilini, adət-ənənələrini, ailə dəyərlərini və milli kimliyini qoruyub saxlamağa çalışıb.
Məruzədə sürgün dövründə folklorun milli kimliyin və mədəni yaddaşın qorunmasındakı roluna xüsusi diqqət yetirilib. Axısqa türklərinin nağılları, əfsanələri, rəvayətləri, atalar sözləri, bayatıları, ağıları, laylaları və mərasim nəğmələrinin xalqın tarixi təcrübəsini, yaşadığı ağrı-acıları, doğma torpağa bağlılığını və Vətənə qayıtmaq arzusunu əks etdirdiyi vurğulanıb. Xüsusilə bayatı və ağıların ayrılıq, yurd həsrəti, ailə üzvlərinin itirilməsi və sürgün yolunda yaşanan faciələrin ifadəsində mühüm yer tutduğu diqqətə çatdırılıb.
Südabə Həsənova ailə və mərasim ənənələrinin, toyların, laylaların, xalq mahnılarının və rəqslərin milli kimliyin qorunmasında rolundan da danışıb. Yaşlı nəslin nümayəndələrinin sürgünlə bağlı xatirələrinin gənc nəslin tarixi yaddaşının formalaşmasına xidmət etdiyini qeyd edib.
Seminarda, həmçinin Axısqa türklərinin bir hissəsinin Azərbaycanda məskunlaşması məsələsinə toxunulub. Bu gün Azərbaycanda yaşayan Axısqa türklərinin adət-ənənələrini və folklor nümunələrini qoruyub yaşatdıqları bildirilib.
Daha sonra seminarın mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 19 Noyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















