Icma.az
close
up
RU
“Beynində futbolu bitirən adamlarla işləməyin heç bir mənası yoxdu” baş məşqçidən iddialı açıqlama

“Beynində futbolu bitirən adamlarla işləməyin heç bir mənası yoxdu” baş məşqçidən iddialı açıqlama

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Rəqabətin günbəgün artdığı birinci liqada “Karvan” və “Qaradağ Lökbatan” vaxtilə elitada çıxış edən futbolçularla anlaşdı. “Qəbələ” isə onsuz da əsasən premyer-liqa təcrübəsi olan futbolçulardan ibarətdi. Yerdə qalır “İmişli”.

Amma iddiası böyük olan klubun elə bir tanınmış, statuslu futbolçusu yoxdu. Bu nə qədər də məqbul olsa da, rəqiblərə uduzmaq deməkdi. Yəni gənclərdən heyət qurmaqla çempionluğu hədəfləmək çətindi.
Bəs klubun bu yöndə hansısa hədəfi varmı, yoxsa üstünlüyü yenə də gənclərə verəcək?
“Football-plus.az”ın sualına “İmişli”nin baş məşqçisi Fərid Namazov belə cavab verdi:

“Yüksək liqada mübarizə aparan futbolçu gətirmək üstünlükdü. Amma ad yox, perspektiv baxımından hansısa oyunçunu gətirməyin tərəfdarıyam. Bu yöndə çalışmalarımız davam edir. Bəlkə də kobud çıxacaq, mən başqa cür düşünürəm. Beynində futbolu bitirən adamlarla işləməyin heç bir mənası yoxdu. Düşünürəm ki, daha gənc və perspektivli kadrlar lazımdı. Yaşlı oyunçu da ola bilər. Amma özünə baxan və işinə yanaşması, həvəsi ciddi şəkildə olan futbolçunu gətirmək daha məqsədəuyğundu. Fevralın 14-nə - “transfer pəncərəsi” bağlanana qədər axtarışlarımızı davam edəcək. İstəmirik ki, tələsək və səhv seçim edək. İstəkli, ambisiyalı, işə ciddi yanaşan futbolçuları götürməyə çalışırıq”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Yanvar 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see298

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see233

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see157

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see148

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see141

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see140

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see140

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see136

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see130

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see128

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see120

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see119

Rusiyanın 28 milyon tondan çox nadir torpaq metal ehtiyatları var

24 Oktyabr 2025 02:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri