Beyrutda yüksək rütbəli komandirlər öldürüldü Video
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Beyrutun mərkəzində “terror infrastrukturları”na güclü zərbələr endirməyə davam edir.
Axar.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.
“Hücumlar zamanı hava və dənizdən ümumilikdə təxminən 200 döyüş sursatından istifadə olunub.
Zərbə endirilən hədəflər arasında terror infrastrukturları, silah anbarları, mərkəzi qərargahlar və Beyrutdakı SEPAH Hərbi Hava Qüvvələrinin qərargahı olub. İndiyədək Beyrut bölgəsində, Hizbullahın terror məqsədləri üçün istifadə etdiyi binalar da daxil olmaqla, təxminən 70 hədəf vurulub.
Zərbələr zamanı bölgədə bir neçə əsas terrorçu - Ədham Adnan əl-Otman (Livan istiqamətində Fələstin İslami Cihad təşkilatının komandiri), Zaid Əli Cümə (Hizbullah təşkilatının atəş gücü sisteminə cavabdeh şəxs və Cənubi Livanda artilleriya komandiri) və SEPAH-ın Qüds Qüvvələrinin Livan Korpusu və Fələstin Korpusunda xidmət edən beş yüksək rütbəli komandir öldürülüb”, - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 12 Mart 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















