Icma.az
close
up
RU
Vüqar Zifəroğlu: “Mətbuat bəzən susub, bəzən ucalıb, lakin daim cəmiyyətin aynası olub” MÜSAHİBƏ

Vüqar Zifəroğlu: “Mətbuat bəzən susub, bəzən ucalıb, lakin daim cəmiyyətin aynası olub” MÜSAHİBƏ

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Azərbaycan mətbuatının 150 illik tarixi təkcə jurnalistikanın deyil, bütövlükdə xalqın milli düşüncə tərzinin, maarifçilik səviyyəsinin və ictimai şüurunun inkişaf tarixidir”.

Bu sözləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu “Cebheinfo.az”-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Vüqar müəllim, “Əkinçi” qəzetinin yaranması milli mətbuatımız üçün hansı tarixi əhəmiyyətə malikdir? 

- Azərbaycan mətbuatının 150 illik tarixi, təkcə jurnalistikanın deyil, bütövlükdə xalqın milli düşüncə tərzinin, maarifçilik səviyyəsinin və ictimai şüurunun inkişaf tarixidir. Bu dövr, özündə həm tərəqqini, həm çətinlikləri, həm azadlığı, həm də təzyiqi daşıyan bir yol xəritəsidir. Hər bir mərhələ bu tarixin özünəməxsus xüsusiyyətləri və ibrətamiz dərsləri ilə yadda qalıb.

1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti yalnız ilk Azərbaycan dilində qəzet deyil, həm də milli oyanışın rəmzi oldu. O dövrdə mətbuatın əsas vəzifəsi xalqı maarifləndirmək, savadsızlıqla mübarizə aparmaq və ictimai şüuru oyatmaq idi. Zərdabi və onun həmfikirləri mətbuatı xalqın dili, xalqın aynası hesab edirdilər. 

“Əkinçi” qəzetinin yaranması Azərbaycan jurnalistikasının başlanğıc nöqtəsi olmaqla yanaşı, bir neçə tarixi məqamı da təmsil edir. Həsən bəy Zərdabi tərəfindən təsis olunan bu qəzet xalq arasında maarifçilik ideyalarının yayılmasında mühüm rol oynayıb. Bu qəzetdə istifadə olunan sadə xalq dili jurnalistikanı elitadan xalqa yaxınlaşdırdı. 

“Əkinçi” hətta həmin dövr üçün belə jurnalistikanın təkcə məlumat ötürmə vasitəsi deyil, eyni zamanda cəmiyyətin inkişafına təkan verən sosial institut olduğunu sübut etdi. Müstəqil fikir, tənqid və maarifləndirmə kimi prinsiplər sonrakı mətbuat orqanları üçün əsas yol xəritəsinə çevrildi. 

- Maraqlıdır, son illərdə mətbuat nə üçün daha çox “YouTube” platformasına yönəlib? 

- Bu, təbii ki, dövrün, texbologiyanın təsiri nətcəsində izləyici vərdişlərinin dəyişməsi ilə bağlıdır. İnsanlar xəbərləri oxumaqdansa, vizual olaraq izləməyə üstünlük verirlər. Bu da mətbuatın video kontentə yönəlməsini zəruri edir. 

Eyni zamanda, burada monetizasiya imkanlari da mövcuddur. “YouTube” reklam və üzvlük sistemi ilə media üçün gəlir mənbəyidir. Həmçinin, texnoloji əlçatanlıq da önəmli faktordur. Mobil cihazların geniş yayılması sayəsində istənilən şəxs sadə alətlərlə video kontent yarada və yayım edə bilir. Təəssüf ki, burada sui-istifadə halları da çoxluq təşkil edir. 

- Günümüzdə yazılı mətbuat sosial şəbəkələr, sosial şəbəkələr isə “YouTube”-a uduzur. Buna səbəb nədir? Niyə xəbərə olan tələbatda çox qısa müddətdə kəskin dəyişiklik oldu?

- Bu dəyişiklik bir neçə əsas səbəbdən qaynaqlanır. Məsələn, multisensorlu informasiyaya ehtiyac kimi. “YouTube” həm səs, həm vizual, həm də emosional konteksti bir araya gətirdiyindən, istifadəçi üçün daha cazibədardır. Eyni zamanda, müasir insanda passiv istehlak tələbi daha qabarıq şəkildə özünü göstərir. Yəni insanlar oxumaq və analiz etmək yerinə daha rahat – sadəcə izləməklə informasiya əldə etməyə üstünlük verirlər. 

Başqa bir məqam qısa və operativ təqdimatla bağlıdır. Xəbərlər artıq qısa formatda, konkret və emosional təqdim olunur. Bu da izləyici üçün daha cəlbedicidir. Təbii ki, platforma alqoritmləri də burada mühüm rol oynayır. “YouTube” platformasındakı alqoritmlər istifadəçiyə maraqlandığı xəbərləri və kontenti davamlı təqdim etdiyindən bağlılıq səviyyəsi yüksəkdir. 

- Əvvəlcə qəzet, sonra radio, televiziya, sosial şəbəkələr, indi isə “YouTube” insanların xəbər məkanına çevrilib. Necə düşünürsünüz, bu cəhətdən gələcəkdə “YouTube” platformasını nə əvəzləyəcək?

- Böyük ehtimalla, “YouTube” platformasını əvəzləyəcək növbəti mərhələ immersiv media texnologiyaları olacaq. Virtual reallıq (VR) və artırılmış reallıq (AR) bu gün müasir jurnalistikanın əsas komponentləri olaraq özünü göstərməkdədir. Gələcəkdə xəbərləri izləmək deyil, “içində yaşamaq” mümkün olacaq. 

Məsələn, müharibə zonasındakı reportajı virtual şəkildə “orada olmaqla” izləmək ola bilər. Süni intellekt artıq əsaslı fərdiləşdirilmiş xəbər axınında önəmli yer almaqdadır. İzləyicinin maraqlarına uyğun, süni intellekt tərəfindən avtomatik hazırlanan və səsli video formatda təqdim olunan xəbərlər daha çox üstünlük təşkil etməyə başlayıb. 

Lakin yekun olaraq unutmayaq ki, texnologiya dəyişsə də, xəbərə olan ehtiyac qalacaq. Forması dəyişəcək, amma funksiyası – insanı məlumatlandırmaq, maarifləndirmək – sabit qalacaq. Ümumiyyətlə, jurnalistikamızın inkişaf mərhələlərini nəzərdən keçirərək demək olar ki, Azərbaycan mətbuatı zaman-zaman sınaqlardan keçib, lakin öz mövcudluğunu qoruyub saxlayıb. 

O, bəzən susub, bəzən ucalıb, lakin daim cəmiyyətin aynası və sözün güzgüsü olub. Gələcəkdə isə bu güzgünün daha şəffaf, daha dürüst və daha güclü olması üçün həm jurnalistlərin, həm də bütünlükdə cəmiyyətimizin üzərinə böyük məsuliyyət düşür.

-150 illik tarixinə baxanda Azərbaycan mətbuatının istiqamətləri necə görünür? 

- Azərbaycan jurnalistikasının 150 illik tarixi milli oyanış, maarifçilik, müstəqillik mübarizəsi kimi mərhələləri əhatə edir. Təbii ki, bu tarixə əsasən jurnalistikanın gələcəyi də bir neçə istiqamətdə formalaşa bilər. 

Müasir dövr rəqəmsal inqilabın mətbuata gətirdiyi yeni çağırışlarla səciyyələnir. İnternet medianın, sosial şəbəkələrin, ümumiyyətlə, informasiya texnologiyalarının inkişafı informasiya məkanını tamamilə dəyişib. Bu, bir tərəfdən daha geniş auditoriyaya çıxış imkanı yaratdığı halda, digər tərəfdən dezinformasiya, saxta xəbərlər və populist məzmunun yayılmasına da şərait yaradır. 

İlk növbədə vurğulamalıyıq ki, ənənəvi jurnalistikadan rəqəmsal mediaya keçid sürətlənəcək. Xəbərin “YouTube”, “TikTok”, “Instagram”, “X” və “Telegram” kimi sosial şəbəkə platformaları üzərindən yayılması daha da dominant olacaq. İnformasiyanın sürətli yayımı ilə yanaşı, onun manipulyasiyası da artdığından gələcəkdə media savadlılığı və dezinformasiyaya qarşı mübarizə əsas prioritetlərdəndir.

Süni intellekt isə jurnalistikanın həm texniki, həm də etik çərçivələrini dəyişəcək. Süni intellekt tərəfindən yazılan xəbərlər, səsləndirilmiş videoreportajlar artıq reallığa çevrilməkdədir. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Mətbuat 150 il Vüqar Zifəroğlu Müsahibə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri