Icma.az
close
up
RU
Bəzən qazilər psixoloji dəstək istəməyə çəkinirlər

Bəzən qazilər psixoloji dəstək istəməyə çəkinirlər

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

19 noyabr 2020-ci il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müharibədən zərər çəkən vətəndaşlar üçün “Psixoloji dəstək xətti” fəaliyyətə başlayıb.

“Psixoloji dəstək xətti” qələbəmizlə başa çatan Vətən müharibəsinin iştirakçıları olan hərbçilər, onların yaxınları, şəhid ailələri və eləcə də düşmənin terror hücumları nəticəsində yaxınları həlak olan, dərin sarsıntı keçirən insanlara psixoloji xidmətləri təmin edir.

"Ahəng" Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin sədri psixoloq Vüsalə Əmiraslanova Modern.az-a açıqlamasında deyib ki, hazırda belə dəstək üçün vətəndaş müraciətinin sayında azalma davam edir:

“Hal-hazırda şəhid və qazi ailələrinə belə psixoloji dəstək davam etdirilir. Bu, həm dövlət xətti ilə həm də özəl təşəbbüslə mümkündür”.

Psixoloq vurğulayıb ki, heç bir yaxın qohumu birbaşa zərər görməmiş şəxslərin müraciəti, demək olar ki, yoxdur. Belə müraciətlər müharibə dövründən sonra 2 il intensiv şəkildə davam etdi və sonra tədricən səngidi:

“Şəhid və qazi ailələrinin müraciətləri isə davam edir. Bəzən qazilər özləri müraciət etməkdən çəkinirlər. Bir çox halda onların yaxın qohumları vəziyyəti bizə bildirirlər. Bu mental xüsusiyyətlə bağlıdır”.

Vüsalə Əmiraslanova bildirib ki, pasientlərin əksəriyyəti qadınlardır:

“Yüzlərlə qazi və şəhid ailəsinə psixoloji dəstək göstərmişik. Heç bir yaxın qohumu birbaşa zərər görməyən mülki şəxslər isə müqayisədə daha az olub (red- bu günə qədər 60-70 nəfər). Psixoloji vəziyyət çəkən insanların arasında bəzən kəskin əziyyət çəkənlər olub. Psixiatra yönəltmişik. İmtina edən şəxslərə seansın davam etdirilməsi məqsədəuyğun hesab edilməyib".

Psixoloq qeyd edib ki, ümumiyyətlə, insanlarda psixologiya dəyişməsi koronavirus pandemiyasından sonra aktivləşib.

"Xalqımız emosional xüsusiyyətə malikdir. Tövsiyə edirəm ki, kəskin reaksiyalardan çəkinsinlər. Lazımsız informasiyalarla beyni yükləmək olmaz. Neqativ söhbətlərdən qorunmaq lazımdır. Vətəndaşlar bilməlidir ki, informasiyaların hamısı doğru deyil. Əhəmiyyətli hissəsi dezinformasiyadır. Bir daha qeyd edirəm nəzərə almaq lazımdır ki pandemiyadan sonra demək olar ki, hamı həssas qrup hesab olunur. Hətta psixoloqların özləri də buna qarşı daimi təkmilləşmə keçir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri